Ermənistanda hərbi hissə rəisinin meyiti tapıldı

Ermənistanda hərbi hissə rəisinin meyiti tapıldı
Ermənistanda hərbi hissənin mühəndis xidmətinin rəisinin meyiti tapılıb. 

İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, onun meyiti öz avtomobilində aşkar edilib. 

Meyit "Nissan March" markalı maşında paytaxtdakı mağazalardan birinin qarşısında olub. 

Meyiti tapılan şəxsin 31 yaşlı Armen Saturyan olduğu bəlli olub. Tibbi ekspertizanın ilkin məlumatına görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub. 

O, Nubaraşenski hərbi hissəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR