Dünya

Ermənistanda dinləmə qalmaqalı ilə bağlı xüsusi komissiya yaradıldı

Ermənistanda dinləmə qalmaqalı ilə bağlı xüsusi komissiya yaradıldı
Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın və Xüsusi İstintaq Komissiyasının sədri Sasun Xaçaturyanın telefon danışığının dinlənilməsi qalmaqalının üzə çıxması ilə bağlı ölkə parlamentində xüsusi komissiya formalaşdırılır.

Sfera.az xəbər verir ki, komissiya parlamentdə mandat partiyaların üzvlərindən formalaşdırılacaq.

"Komissiya 11 nəfərdən təşkil olunacaq. Ermənistanın Respublika Partiyasından 5, "Yelk” fraksiyasından 3, "Sarukyan” blokundan 2, "Daşnaksutyun”dan 1 partiya təmsil olunacaq” – parlamentin spikeri belə deyib.

Qeyd edək ki, dinlənilən telefon yazısında Vanetsyan Xaçaturyanla sabiq prezident Robert Köçəryanın həbs olunmasının vacibliyi barədə danışırmış.

Rəsul

Sfera.az



XƏBƏR LENTİ