Ermənistanda acınacaqlı vəziyyət: əsgərlər postları NİYƏ TƏRK EDİR? - ŞƏRH

Ermənistanda acınacaqlı vəziyyət: əsgərlər postları NİYƏ TƏRK EDİR? - ŞƏRH

"Bir əsgərin xidmət etdiyi ordudan qaçmasının müxtəlif səbəbləri ola bilər. Əgər söhbət Ermənistan ordusundan gedirsə, bunu ölkədəki iqtisadi problemlərə bağlamaq olar”.

 

Bu sözləri açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.

 

O, Ermənistan ordusunun beşinci dağ atıcı alayının hərbi qulluqçusu Mesrop Vartanyanın döyüş postunda növbədə olarkən silahını ataraq xidmət yerini özbaşına tərk etməsinə münasibətini bildirib.

 

"Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan da etiraf edir ki, Ermənistan ordusunda vəziyyət ağırdır. Buna görə orduya ayrılmış büdcənin həcmi artırılmalıdır. Bu problemlər həm də əsgərlərin gündəlik həyat və fəaliyyətinə təsir edir, xidmət səviyyələrini aşağı salır. Orduda əsgərlər ya incidilir, ya nizamnamədən kənar hərəkətlərə məruz qalır. Bir də son zamanlar erməni əsgərlər başa düşürlər ki, onlar faktiki olaraq, Qarabağda öz iradələrinə zidd olan ağır işlərə cəlb olunurlar. Ağır xidmət şəraitinə cəlb olunan, paytaxt şəhərdən gəlmiş əsgər isə çətin relyefi olan ərazilərdə dözə bilmirlər və məcbur qalırlar ki, özbaşına hərbi hissəni tərk etsinlər. Bu səbəblər konkret bilinməsə də, təxmin etmək olar ki, iqtisadi problemlər buna səbəb olur.

Ermənistan rəhbərliyində də bununla bağlı narazılıq yaranıb. Bu yaxınlarda işğalçı ordunun müdafiə naziri Mnasakanyan da vəzifəsindən uzaqlaşıb. Onun yerinə gələn isə bəzi tələblər irəli sürməyə başlayıb. Siyasi rəhbərlər tez-tez orduya baş çəkir. Bu da əsgərlərdə ruh yüksəkliyinə nail olmaq üçün atılan addımdır. Amma neçə general, rəhbər şəxs gəlsə də, onlar əsgərlərin problemlərini həll etmək gücünə qadir deyillər. Çünki iqtisadi şərait buna imkan vermir. Bu yaxınlarda elan olunan hesabata görə, Ermənistanda qeyri-döyüş vəziyyətlərində ölən əsgərlərin sayı il keçdikcə artmaqdadır. Əsgər anaları isə tez-tez Prezident Administrasiyası qarşısında, Müdafiə Nazirliyi qarşısında tələblər irəli sürürlər. Onlar bildirir ki, heç bir məqsədi, məramı olmayan fikirlərə görə öz övladlarını itirmək istəmirlər”, - deyə ekspert bildirib. Publika

 


OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...