\"Ermənistan üç gündə 3 hərbi qulluqçusunu itirib\"

\

"Cəbhə xəttində sistematik olaraq, atəşkəs rejiminin pozulması nəticəsində düşmən tərəfinin verdiyi itkilərin sayı artsa da, ermənilər bu xəbərləri cidd-cəhdlə gizlətməkdə davam edirlər".

Sfera.az xəbər verir ki, bunu APA-ya ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. O qeyd edib ki, son günlər sosial şəbəkələrdə erməni istifadəçilərin yazılarının monitorinqi bunu deməyə əsas verir: "Sosial şəbəkələr və digər mənbələrdən əldə etdiyim məlumatlara görə, martın 23-dən 25-dək, yəni cəmi üç gündə Qarabağda düşmən tərəfi 3 nəfər hərbi qulluqçusunu itirib. Onlardan birinin baş leytenant Georgi Adoyanın mina partlayışı nəticəsində ağır yaralanması məlumdur. Bundan başqa, ordumuz tərəfindən görülən cavab tədbirləri nəticəsində hələlik adları məlum olmayan bir erməni hərbçisi məhv edilib, digəri isə ağır yaralanıb.
 
Seçki ərəfəsində Ermənistan hakimiyyəti birmənalı olaraq, istənilən neqativ məlumatların cəmiyyətə sızmasının qarşısını almaqda israrlıdır. Xüsusilə bu məlumat cəbhədəki itkiləri ilə bağlı olanda daha çox canfəşanlıq göstərilir".


OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...