Ermənistan təşvişə düşüb-ekspert
16:42 / 12.03.2019
3415
"İrəvan panika içərisindədir”
Sfera.az-a açıqlamasında bu sözləri Ermənistan baş nazirinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını Xankəndində keçirməsinə münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib:
"Ermənsitanın hərəkətləri fonunda Azərbaycanın səbri tükənmək üzrədir. Bildiyiniz kimi, Azərbaycan ordusu hərbi təlimlərə başlayıb. Hansı ki, bu təlimlər də bilavasitə təmas nöqtələrinə yaxın yerlərdə keçirilir. Həm də bu təlimlərimiz sırf hücum xarakteri daşıyan təlimlərdir. Bunun da nəticəsində Ermənistan təşvişə düşüb. İrəvan panika içərisindədir. Paşinyan da Təhlükəsizlik Şurasının iclasını Xankəndində keçirməklə guya həm Azərbaycana qarşı müvafiq tədbirlər görməyi düşünür. Həm də Qarabağ ermənilərini bununla guya ürəkləndirməyə çalışırlar. Amma bu alınan məsələ deyil. Əsas məqam odur ki, İrəvan artıq vəziyyətin ciddiliyini başa düşüb. Ona görə də vəziyyətin ciddi olduğunu Qarabağ ermənilərinə də hiss etdirmək istəyirlər. Qarşıda İrəvanı ciddi sınaq gözləyir. Azərbaycan ordusu düşmənə ciddi dərs verəcək”.
Qeyd edək ki, qanunsuz olaraq Dağlıq Qarabağa gələn işğalçı ölkənin baş naziri Nikol Paşinyan burada Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirmək qərarına gəlib. Həmin iclasda da ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə ilə bağlı son bəyanatının müzakirə olunacağı gözlənilir. Hansı ki, sözügedən qurumun bəyanatında danışıqlar formatının dəyişdirilməsinin, prosesə Dağlıq Qarabağ separatçılarının da daxil edilməsinin yolverilməz olduğu birmənalı olaraq qeyd edilib.
ELÇİN