Ermənistan sülhə gəlmir

Ermənistan sülhə gəlmir

 

Qarabağ danışıqları: Ermənistan sülhə gəlmir

 

İşğalçı rejim Azərbaycan torpaqlarını geri qaytarmaq əvəzinə itirilmiş hərbi nüfuzunu bərpa etmək üçün yollar axtarır.


Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensivləşən sülh danışıqlarından konkret nəticələr gözlənildiyi bir vaxtda okeanın o tayından yeni bəyanatlar eşidilməkdədir. Sülh danışıqlarında Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin -  ABŞ-ın dövlət katibi Con Kerri Ermənistanın sülhə gəlməməsinə və danışıqlar prosesinin uzanmasına işarə edərək bildirib: "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün şərait hələlik yaranmayıb. Çünki hər şeydən əvvəl, liderlər buna hazır deyillər”.


Bundan bir qədər əvvəl, sentyabrın 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri Moskvada bir araya gələrkən ABŞ rəsmiləri münaqişənin həlli ilə bağlı daha nikbin və inamlı təsir bağışlayırdı. Hətta Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan etmişdi ki, Dağlıq Qarabağ "dondurulmuş münaqişə” adlandırıla bilməz və bu problem tezliklə həllini tapmalıdır. O, hətta aprel döyüşlərindən sonra Dağlıq Qarabağın son dərəcə aktiv və çox təhlükəli münaqişə ocağı kimi ciddi narahatlıq doğurduğunu söyləyərək münaqişənin həllinin işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasından asılı olduğunu söyləmişdi: "Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur. İşğal altındakı torpaqların azad edilməsindən sonra məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaları, beynəlxalq sülhməramlı qüvvələrin həmin ərazilərdə yerləşdirilməsi də nizamlanma prosesinin elementləri sırasındadır. Bütün bu elementlər sülh yolu ilə nizamlanmanın şərtləridir və onların hamısı məlumdur. Bizə bütün bu şərtlərin birləşdirilməsi üsulunu tapmaq və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün tərəflərlə işləmək lazımdır”.


Bu cür bəyanatlar fonunda aprel döyüşlərindən sonrakı 6 ay ərzində intensivləşən sülh danışıqlarından konkret nəticə gözlənildiyi halda, ABŞ dövlət katibi "Dağlıq Qarabağ münaqişəsinin həlli hazırda mümkünsüzdür” deməklə aprel döyüşlərində böyük itkilərə məruz qalan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını belə asanlıqla boşaltmaq niyyətində olmadığını göstərir. Son bir-iki həftə ərzində Ermənistanın siyasi hakimiyyətində baş verən dəyişikliklər bunu bir daha təsdiqləyir. Bir daha məlum olur ki, işğalçı rejim Azərbaycan torpaqlarını geri qaytarmaq haqqında düşünmür, əksinə hərbi cəhətdən daha da güclənmək, aprel döyüşləri zaman itirilmiş mövqeləri bərpa etmək üçün çalışır.


Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan bir neçə gün əvvəl imzaladığı sərəncamla Seyran Ohanyanı müdafiə naziri vəzifəsindən uzaqlaşdıraraq onu Prezident Administrasiyasının rəhbəri olmuş Viqen Sarkisyanla əvəzləyib. Bundan başqa, əslən Dağlıq Qarabağdan olan Movses Akopyan Baş Qərargah rəisi təyin olunub. İndiyədək Baş Qəragah rəisinin müavini və qondarma "Dağlıq Qarabağ Respublikası”nın "müdafiə naziri” postlarını icra edən Akopyan 1965-ci ildə Dağlıq Qarabağın Çartar kəndində anadan olub. Müdafiə naziri postundan gedən Seyran Ohanyanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katib təyin olunacağı artıq təsdiqini tapıb.


Əslində Serj Sarkisyanın Ermənistan ordusunda oğurluğa, əliəyriliyə, korrupsiya və rüşvəxtorluğa son qoymaq istəyi anlaşılandı. Amma bunlar sülh şəraiti üçün hesablanmış arzulardır. Bəs müharibənin bitmədiyi Dağlıq Qarabağda döyüşlər başlayacağı halda akademik təhsilli, savaş təcrübəsi olmayan Viqen Sarkisyan ona həvalə olunan vəzifəsinin öhdəsindən gələ biləcəkmi? Əsas sual bax, budur. Bu sualın dəqiq cavabını yoxlamaq isə Azərbaycan Ordusunun vəzifəsidir.

 
 
İkisahil.az //
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...