Sİyasət

“Ermənistan sudan ekoloji terror məqsədi ilə istifadə edir” - Hikmət Hacıyev

“Ermənistan sudan ekoloji terror məqsədi ilə istifadə edir” - Hikmət Hacıyev
"Azərbaycanın su resurslarının böyük hissəsi Ermənistanın işğalı altındadır. Biz Sərsəng su anbarını xüsusi qeyd etməliyik”.

Sfera.az bildirir ki, bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası tərəfindən 22 mart tarixinin "Ümumdünya su resursları günü” elan edildiyini xatırladan H. Hacıyevin sözlərinə görə, su resurslarının effektiv şəkildə idarə olunması, insanların su ilə təmin olunması BMT tərəfindən 2030-cu illərə qədər müəyyən olunmuş davamlı inkişaf məqsədlərinin vacib tərkib hissəsidir.

XİN rəsmisi Ermənistan tərəfinin sudan ekoloji terror məqsədi ilə istifadə etdiyini vurğulayıb.

H. Hacıyev qeyd edib ki, Ermənistan mənsəbi Azərbaycanda olan çayların qəsdən çirkləndirilməsini həyata keçirir: "Ermənistanın su resurslarını çirkləndirməsi və ondan terror üçün istifadə etməsi kimi qərəzli siyasətini kəskin şəkildə pisləyirik. Hesab edirik ki, beynəlxalq ictimaiyyət bu məsələyə diqqət ayırmalıdır”.
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31