Ermənistan qarışdı - Nümayişçilər mərkəzi küçələri bağladılar
10:12 / 16.04.2018
2578
Ermənistanın
sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan aksiya
iştirakçıları Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıblar.
Sfera.az "Ria-Novosti”-yə istinadən
xəbər verir ki,, polis əməkdaşları etirazçılardan ərazini boşaltmağı tələb
etsələr də aktiv hərəkətlərə keçməyiblər.
Ötən
gün etiraz hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri
Nikol Paşinyan bəyan edib ki, onun tərəfdarları körpüləri, yolları və metro
stansiyalarını bağlamaq niyyətindədirlər.
Ötən şənbə Ermənistanın hakim
Respublika partiyasının sədr müavini Armen Aşotyan Serj Sarkisyanın Ermənistanın baş naziri
postuna rəsmi namizədliyinin irəli
sürüldüyünü jurnalistlərə bildirmişdi.
Baş nazir seçimi sabah,aprelin 17-nə təyin edilib.