Ermənistan qarayara xəstəliyinə yoluxdu
Ermənistanın Geqarkunik vilayətinin Gehovit kəndində 5 nəfərdə qarayara (Sibir yarası) xəstəliyi tapılıb.
Sfera.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"Gehovit kəndinin iki sakini Martunidəki xəstəxanaya qarayara xəstəliyi ilə bağlı müraciət edib. Onlar bildiriblər ki, bir neçə gün əvvəl kənddə mal-qara kəsiblər. Sonradan daha 6 nəfər sakində bu xəstəliyin simptomları aşkar olunub”, - nazirlikdən bildirilib.
Nazirliyin məlumatına görə, sakinlərdən götürülən DNT analizləri nəticəsində 5 nəfərdə bu xəstəlik aşkarlanıb və onlar Yerevandakı "Nork” infeksiya xəstəxanasına göndəriliblər.
Xatırladaq ki, qarayara kənd təsərrüfatı və vəhşi heyvanların bütün növləri, həmçinin insanlar üçün olduqca təhlükəli yoluxucu xəstəlikdir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar.