Ermənistan ordusunda siqaret qadağan edilir
16:17 / 22.02.2017
927
Ermənistanda əsgərlərə siqaret və kibritin verilməsi qadağan olunacaq.
Sfera.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə qərar hökumətin fevralın 23-də keçirilən iclasında müzakirə olunacaq.
Qərarı müdafiə naziri Viqen Sarkisyan təqdim edəcək.
Yeni qərar Ermənistanın 2004-cü ildə ratifikasiya etdiyi Ümumdünya Səhiyyə Təşkilatının siqaretlə mübarizə üzrə çərçivə konvensiyası və Ermənistanın siqaretlə mübarizə üzrə dövlət proqramına uyğun olaraq hazırlanıb.