Ermənistan iflic oldu: 500-ə yaxın insan köməksizdir, minlərlə hərbçi... - VİDEO

Ermənistan iflic oldu: 500-ə yaxın insan köməksizdir, minlərlə hərbçi... -  VİDEO
Ermənistan Təcili Yardım QSC-nin iş yükü 3 qat olub.

Bu barədə cəmiyyətin direktoru Taquhi Stepanyan "Sputnik Armeniya”ya açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda təcili yardım briqadaları 3 istiqamətə bölünüb: ənənəvi çağırışlar, koronavirus xəstələrinə və ölən əsgərlərin köməyə ehtiyacı olan yaxınlarına xidmət.

Direktor bildirib ki, xüsusilə, yaralıların gətirilməsi briqadaları çətin vəziyyətə salır: "Qaynar xəttə cavabsız zənglərlə bağlı şikayətlər daxil olur, amma əslində zənglərin sayı dəfələrlə artıb və operatorlar sadəcə cavab verməyə belə vaxt tapmırlar, çünki o vaxt başqa zənglər də daxil olur”.

Stepanyan vətəndaşları ehtiyac olduqda təcili yardım çağırmağa səsləyib.

Xatırladaq ki, Ermənistanda koronavirusa yoluxan vətəndaşların sayı hər gün artır. 28 oktyabr tarixindən koronavirusa yoluxmuş 448 nəfər xəstəxanaya yerləşdirilməyi gözləyir, 2 min 472 nəfər stasionar müalicə alır. Döyüş əməliyyatlarında yaralanan minlərlə hərbçi də tibbi mərkəzlərdə müalicə alır.(publika.az)
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...