Ermənistan hökumətindən ilginc qərar: Hamı erməni pasportu ala biləcək
12:25 / 14.03.2019
2698
Ermənistan hökuməti ölkə əhalisinin sayını artırmaq üçün ilginc qərar verib.
Sfera.az xəbər verir ki, ölkədə əhalinin sürətlə azalmasının həmçinin ermənilərin vətəndaşlıqdan imtina edərək başqa ölkə vətəndaşı olmaq qərarlarının qarşısını almaq üçün yeni tədbirlər planı hazırlayıb. «Jamanak» qəzetinin yazdığına görə bundan sonra istənilən əcnəbi ölkə vətəndaşı erməni pasportu əldə edə biləcək.
Yeni qərarla Ermənistan dövlətinin səfirliyində və ya konsulluğunda Ermənistan vətəndaşının pasportunu əldə etmək mümkün olacaq. Bu düzəlişlə ölkəyə gəlməyən adam belə vətəndaşlıq pasportu əldə edə biləcək.
Erməni mətbuatının iddiasına görə bu Nikol Paşinyan hökumətinin ölkə əhalisinin saxta üsulla artırmasına və seçki zamanı saxtakarlığına yol açacaq.