Ermənistan hakimiyyətinin strukturu dəyişir

Ermənistan hakimiyyətinin strukturu dəyişir

Ermənistan hökumətinin strukturu dəyişir.

Sfera.az novator.az-a istinadən bildirir ki, hökumətin 18 fevral iclasında Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyinin bölünməsini nəzərdə tutan qanun layihəsi təsdiqlənib. Layihə Milli Məclisin 19 fevral iclasında müzakirə olunacaq.

Fövqəladə Hallar və Ərazi İdarəçiliyi Nazirliyi 2014-cü ilin sonunda yaradılıb. "Hökumətin strukturu haqqında" qanuna nəzərdə tutulan indiki dəyişikliyə görə, Fövqəladə Hallar Nazirliyi bərpa olunur, eyni zamanda Ərazi İdarəçiliyi və İnkişaf Nazirliyi yaradılır.

Ermənistanda hökumət 25 nəfərlikdir. Kabinet baş nazirdən, onun müavinindən (həmin şəxs beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri postunu da tutur), 17 nazirdən ibarətdir. Hökumətin tərkibində daha 6 qurumun rəhbərləri yer alır.

Ötən həftə Ermənistanda hakim Respublika Partiyası ilə Daşnaksütun Partiyası arasında koalisiya razılaşması əldə olunub. Razılaşma əsasında Daşnaksütun Partiyasına 3 nazir, 2 qubernator postu veriləcək. Daşnaklara veriləcək postlardan birinin ərazi idarəçiliyi və inkişaf naziri kürsüsü olacağı bildirilir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...