Ermənistan Elnur Hüseynzadəni azad edə bilər
16:30 / 05.12.2018
1879
Ermənistan hakimiyyəti əsir düşən azərbaycanlı Elnur Hüseynzadəni vaxtından əvvəl azad etmək imkanını nəzərdən keçirir.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan E.Hüseynzadə 2017-ci ilin fevral ayında Talış kəndi yaxınlığında qeyri-muəyyən şəraitdə əsir düşüb./oxu.az
E.Hüseynzadənin azad olunması hərbi əsirlərin dəyişdirilməsi zamanı baş tuta bilər.
Bununla belə, Ermənistan rəhbərliyi bəyan edib ki, 2014-cü ilin iyulunda qohumlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcərə gedərkən erməni əsgərləri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması barədə söz gedə bilməz.