“Ermənistan belə təxribatlarla diqqəti problemlərdən yayındırmağa çalışır”

“Ermənistan belə təxribatlarla diqqəti problemlərdən yayındırmağa çalışır”
 

"Ermənistan belə təxribatlarla diqqəti sosial-iqtisadi problemlərdən, yoxsulluqdan yayındırmağa çalışır”

Bunu "MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

V. Bayramovun fikrincə, Ermənistan tərəfinin növbəti təxribatına da layiqli cavab verilərək hücumlarının qarşısı yerindəcə alınıb: 

"İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri çəkilib, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib”.

Deputat bildirib ki, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir: "Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsini təəssüf ki, həmin dairələr hələ də, yumşaq desək, həzm edə bilmirlər”.

Deputatın sözlərinə görə, rəsmi statistikada əhalisinin hər 4 nəfərindən birinin, beynəlxalq hesabatlarda isə hər 3 nəfərindən birinin yoxsul hesab olunduğu Ermənistanda vəziyyət hazırda mürəkkəbdir: "Paşinyan hakimiyyəti belə təxribatlarla problemi aradan qaldırmağa cəhd edir. Amma aydındır ki, bunların hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. 

"Təəssüf ki, Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Görünən odur ki, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və Ermənistanda müşahidə olunan sosial-iqtisadi problemləri gündəmdən çıxartmağa hesablanıb. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən, torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir” - deyə, deputat bildirib. 


OXŞAR XƏBƏRLƏR

Daha bir ölkədə güclü zəlzələ oldu

Kaliforniya körfəzində, Meksika sahilləri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Zə...

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.   “Real Madrid”in &ld...

Qüds toz dumanına büründü - FOTO

Qüdsdə və ətraf ərazilərdə qum fırtınası meydana gəlib.   Sfera.az xəbər verir ki, qum fırtınası sosial həyata mənfi təsir edib.   Hə...

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.   Sfera.az-ın məlumatına görə, bunu açıqlamasınd...

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...