Ermənistan Azərbaycanı belə təhdit etdi - Gülməli təhditdir

Ermənistan Azərbaycanı belə təhdit etdi - Gülməli təhditdir
Ermənistan prezidenti Serj Sarkisyan, Dağlıq Qarabağda qarşıdurmaların şiddətlənməsinin geniş miqyaslı bir isti müharibəyə səbəb ola biləcəyini söylədi.

Sfera.az Türkiyənin Haber.ay saytına istinadən bildirir ki, Sarkisyan ATƏT ölkələrinin böyük elçiləriylə etdiyi görüşdə, qarşıdurmaların şiddətlənməsinin "geniş miqyaslı isti döyüş də daxil olmaq üzrə, daha əvvəldən gözlənilməz və geri dönüşü olmayan nəticələrə" yol aça biləcəyini ifadə etdi.
Ermənistanın və Dağlıq Qarabağdakı erməni rəhbərliyinin 1994-ci il tarixli atəşkəs razılaşmasına riayət və bütün hərbi birliklərin 1 Aprel 2016 tarixindəki mövqelərinə dönmələri lazım olduğunu dilə gətirən Sarkisyan, atəşin ancaq qarşılıqlı olaraq kəsilə biləcəyini müdafiə etdi.
Sarkisyan: Azərbaycanın Həmsöhbəti, Dağlıq Qarabağdır
Dağlıq Qarabağ Probleminin tərəfinin Dağlıq Qarabağ rəhbərliyi (Erməni işğalı altındakı Dağlıq Qarabağda olan erməni idarəsi) olduğunu müdafiə edən Sarkisyan, Azərbaycanın "xoşuna gəlsə də gəlməsə də" Qarabağ rəhbərliyi ilə birbaşa müzakirələrə başlamaq məcburiyyətində olduğunu irəli sürdü.
Qeyd edək ki, bu təhdid xəbərindən çox keçməmişdi ki, qələbə xəbəri eşitdik. Azərbaycan Müdafiə Nazirliyi "Odundağ” yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi xəbərini təsdiqləyib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb: 

"Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.

Xatırladaq ki, erməni KİV Azərbaycan silahlı qüvvələri Odundağ dağının sol ətəyində yer işləri həyata keçirməsi ilə bağlı məlumat yayıblar.

Məlumata görə, bu dağın strateji əhəmiyyəti var və Azərbaycan əsgərləri onun təpəsində atəş nöqtəsi yerləşdiriblər.

Yeni dayaq məntəqəsi Baqanis kəndinin mərkəzindən aydın görünür.


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...