Ermənilərin hədəfi: Gəncə və Mingəçevir

Ermənilərin hədəfi: Gəncə və Mingəçevir

Erməni general Yuri Xaçaturovun KTMT baş katibi seçilməsindən sonra Ermənistan hərbçiləri yeni müharibə bəyanatları verməyə başlayıblar.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, 2016-cı ilin aprel döyüşlərində  geri çəkilmədən danışan general-mayor Arkadi Ter-Tadevosyan (Komandos) "Lragir"ə verdiyi müsahibəsində Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini "İskəndər" raketləri ilə vura biləcəklərini iddia edib.

Curnalist Siranuş Papyan Azərbaycanın "İskəndər" raketləri və ya bu tipli silah alıb-ala bilməməsi ilə bağlı sual verib: "Yoxsa biz öz "İskəndər"lərimizlə daha irəlidəyik və Azərbaycana sarsıdıcı zərbələr vura bilərik".

"İskəndər" raketlərinin lazımi effekt alınması üçün istifadə edilə biləcəyini bildirən Arkadi Ter-Tadevosyanın cavabı isə ikibaşlı  olub: "Əgər onlar Ermənistanı hədəfə alsalar, onda yalnız insanlar qurban gedəcəklər. Amma Kirovabadda (Gəncə - red.) böyük zavodlar, Mingəçevirdə su anbarı var, bu, Azərbaycanı iflic edə bilər".

Təbii ki, erməni general Azərbaycanın çoxlu insan itkilərindən qorxaraq Ermənistanı raket atmaycağını düşünür. Bu fikri erməni hərbçilərinin çoxu irəli sürür və Azərbaycanı Dağlıq Qarabağı tanımağa məcbur etmək üçün Mingəçevirdə su anbarı kimi strateji nöqtələri vurmağı təklif edirlər. Guya ondan sonra Azərbaycan qorxuya düşəcək və Ermənistanla təslimçi sülh imzalayacaq.  

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov istipress-ə müsahibəsində bunu Arkadi Ter-Tadevosyanın növbəti blefi kimi dəyərləndirib:  "Özünə Komandos ləqəbi uydurmuş Arkadi  Ter-Tadevosyan 10 ildir ki, Azərbaycanı vurur. Sadəcə, işsiz qalıb, görür ona fikir verən yoxdur, gah Mingəçeviri, gah da BTC-ni vurmağı təklif edir. Sonra onu yerinə oturdurlar ki, bir az çox giclədin".

Üzeyir Cəfərovun sözlərinə görə, Mingəçeviri və Gəncəni vurmağa risk etmək Ermənistan üçün intihar addımı ola bilər: "Bircə risk edib düyməni bassınlar. Azərbaycanın Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu bütün Ermənistanı yerlə yeksan etməyə qadirdir. Əgər Ermənistan belə bir addım atarsa, Azərbaycan heç nəyə baxmayacaq və Ermənistanı yerlə yeksan edəcək. Atalar demişkən, ölmək-ölməkdir, xırıldamaq nə deməkdir". 


OXŞAR XƏBƏRLƏR

” Biz bilirdik ki, Azərbaycan nə zaman istəsə bu qoşunları ölkədən çıxaracaq” - Millət vəkili

“Çünki bütün bu illər ərzində deyirdilər ki, “Rusiya qoşunları Azərbaycandadır və buradan cıxmayacaq” kimi cəfəng fikirlər səsləndirirdilər. B...

ABB-dən cəmi bir günə tender qarantiyası

ABB hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə dəstək məqsədilə bank vəsaiti hesabına tender qarantiyası  şərtlərini sadələşdiri...

Bu iki şirkətin direktorlarına CİNAYƏT İŞİ BAŞLANDI

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətind...

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər AÇIQLANDI

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərindən sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.   Sfera.az xəbər verir ki,...

“Bu layihə Azərbaycan üçün çox faydalı olacaq” - Deputat 

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələri...

Aprelin 21-də 46 mindən çox şagird buraxılış imtahanı verəcək

Aprelin 21-də Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy,...