Ermənilərin atdığı mərmilər kəndə düşdü, yaralı var - YENİLƏNİB - VİDEO

Ermənilərin atdığı mərmilər kəndə düşdü, yaralı var - YENİLƏNİB - VİDEO

Top mərmilərindən üçü Tərtərin Azadqaraqoyunlu kəndinə düşüb.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, ötən gecə də təmas xəttində atəş səsləri səngiməyib. Ermənistan silahlı qüvvələri yenə də iriçaplı silahlar və ağır artilleriyadan istifadə ediblər. Ermənilərin axşam saatlarında atdığı top mərmilərindən ikisi Tərtərin təmas xəttindən aralıda yerləşən Azadqaraqoyunlu kəndinəki yaşayış evlərinə, biri isə əkin sahəsinə düşüb. Mərmi evə düşərkən ev sakinləri həyətdə təsərrüfat işləri ilə məşğul olduğundan heç kim xəsarət almayıb. "Heyvanları yönləşdirirdim çöldə. Qəfildən gəldi düşdü evin üstünə. Evi dağıtdı, 10 minlik keçirdi evin böyründən, onu qırdı. Qəlpələr qaz borusunu dağıtdı", - deyə Azadqaraqoyunlu kənd sakini Mirzə Rəhimov bildirib. Digər bir mərmi isə Azadqaraqoyunlu kənd sakini Kifayət Məmmədovaya məxsus evin həyətinə düşüb. Mərminin qəlpələri evə ciddi ziyan vurub. Həmin evə qonaq gələn Ülviyyə Əvəz qızı Əliyevanın üz nayihəsindən yüngül yara aldığı bildirilir. Səlahiyyətli şəxslər hadisə yerinə baxış keçiriblər.

 

]



OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...