Gündəm

Ermənilərin Ağdamda törətdiyi yanğın təmas xəttini keçdi

Ermənilərin Ağdamda törətdiyi yanğın təmas xəttini keçdi
Ermənilər Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində növbəti yanğın törədiblər.

Sfera.az APA-ya istinadən xəbər verir ki, yanğın neytral ərazini keçərək cəbhəyanı  kəndlərə, taxıl zəmilərinə yaxınlaşıb. Alov geniş miqyas alaraq Çəmənli kəndi ərazisinə yayılıb.

Alovun taxıl sahələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.


 
AdRiver

XƏBƏR LENTİ