ERMƏNİLƏRDƏN NÖVBƏTİ HƏYASIZLIQ:“Naxçıvanı Ermənistana qaytarmalıyıq”

ERMƏNİLƏRDƏN NÖVBƏTİ HƏYASIZLIQ:“Naxçıvanı Ermənistana qaytarmalıyıq”
1in.am (Ermənistan) saytında Mariam Qriqoryanın məqaləsi:


"Ermənistan müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan Naxçıvan istiqamətində  sərhədin cənubi-qərb hissəsinə baş çəkiblər. Bu haqda Müdafə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz "Facebook” səhifəsində yazıb: "Nazirlər əməliyyat şəraiti ilə yerində tanış olaraq qoşun birləşməsinin komandanlığıyla sərhəd xidmətinin özəlliklərini müzakirə ediblər. Nazir Tonoyan komanadanlığa həmişə sayıq olmağı, fitnəyə uymamağı və düşmənin istənilən qəsdinin qabağını almağı tapşırıb”.

Politoloq Levon Şirinyan 1in.am-la söhbətdə qeyd edib ki, müdafiə və xarici işlər nazirlərinin dəyişdirilməsini müsbət qiymətləndirir, onların atdığı bu addım isə alqışlanandır: "Mən tələbkar bir vətəndaş kimi, hər iki halda təsəvvür etdiyim nazirləri görürəm. Təsəvvür edə bilərdinizmi ki, Nalbandyan piyada gəzir və sərhəd xəttinə çatıb? Dördgünlük müharibə günlərində isə tamam yox oldu – onun yeri məlum deyildi. Məxməri inqilaba və liderinə təşəkkürlər ki, bu cür dəyişikliklərin şahidi oluruq”.

Şirinyan əlavə edib: "Mən bunu çox mühüm səfər sayıram. Bu bizim vətənimizdir və bizə tələbkar dövlətin tələbkar nazirləri lazımdır. Orada dondurma yeməkdən deyil, müdafiədən və ümid edirəm ki, Naxçıvanın qaytarılmasından danışıblar. Bura dövlətimizin beynəlxalq qanunvericiklə möhkəmlədilmiş ayrılmaz hissəsidir”.

Şirinyan ümid edir ki, Ermənistanın yeni hökuməti bu yöndə addımlar atacaq: "Ümid etməsəydim, onda bu hakimiyyət dəyişikliyi də adi hökumət dəyişikliyinə çevrilərdi. Mən inanıram ki, bu, belə deyil və əminəm ki, xalq buna yol verməz. Biz küncə qısnanmaqdan qurtulmalı və bu məsələni BMT Təhlükəsizlik Şurasında, ya da Haaqa məhkəməsində qaldırmalıyıq və Naxçıvanın Ermənistana qaytarılmasıyla bağlı danışıqlar başlanmalıdır. Moskva onu müxtəlif motivləşmələrlə türklərə verib, indi isə bizim böyük tərəfdaşımızla proses başlamaq və bizdən oğurlananı qaytarmaq lazımdır. Mən əvvəllər bu haqda çox danışmışam, amma Nalbandyana ümid bağlamırdım”.

Politoloqun sözlərinə görə, biz özümüz və öz maraqlarımız haqda düşünməliyik: "Ola bilsin, bizim yaşamağımız Rusiyaya sərf etmir – eynilə yaşamamağımız kimi. Bizim məxməri inqilab da Rusiyaya sərf etmirdi, amma gördülər ki, başqa variantları yoxdur. Nikol Paşinyan "Rusiya ilə münasibətləri inkişaf etdirmək lazımdır” deyəndə mən bərabər hüququ, kölə deyil, tərəfdaş statusunda olmağı başa düşürəm – indi onlar oğurlananı bizə qaytarmağa borcludurlar, onlar oğurlayıb və onlara veriblər. Və mən deyirəm – bizə xoşbəxtlik üz verib ki, indi bizdə sələflərindən fərqli olaraq qalstuklu məmur və əyalət düşüncəsi olmayan ən yaxşı müdafiə və xarici işlər nazirləri var. Mən inanıram ki, onlar dövlətimizin maraqlarını qoruyacaqlar və ordu istənilən hərbi əməliyyata həmişə hazır olmalıdır – bu haqda danışmaq hətta yersizdir. Və indi bu nə sualdır – ruslar istəyəcəklər, ya yox? Mən də istəmirdim ki, Donbası işğal etsinlər, amma tutdular ki. Və bizim fikrimizi soruşmadılar”."

Tərcümə Strateq.az-ındır.
 

OXŞAR XƏBƏRLƏR