Ermənilər yenə qorxuya düşdülər
15:06 / 01.04.2019
5772
Ölkədə Rusiya qazının qiymətinin artacağı gözlənilir
Ermənistanda yenidən qiymət artımı gözlənilir. Bu dəfə Rusiyanın bu ölkəyə verdiyi qazın qiymətindən söhbət gedir. Erməni mətbuatı yazır ki, bu artım maydan sonra baş verəcək.
Erməni hökumətinə bu gün qiymətləri kordinasiya etmək, ən əsası baş verəcək ciddi narazılıqların qarşısını istənilən yolla almaq üçün heç vaxt olmadığı kimi zaman lazımdır. Axı qazın qiymətinin artımından sonra bütün məhsullar, o cümlədən istehlak mallarının da qiyməti yüksələcək.
Bir müddət Rusiya və Ermənistanın baş nazirləri - Nikol Paşinyanla Dmitri Medvedev arasında telefon danışığı olub. "Post" qəzeti yazır ki, əsas müzakirə mövzusu ehtimallara görə, iqtisadi məsələlər idi. Qiymət məsələsinin vacibliyini nəzərə alsaq onda bu məsələnin də gündəmdə olduğu şübhə doğurmur. "Amma təəssüf ki, hələ sevindici xəbər yoxdur".
Başqa bir erməni qəzeti - "168 Jam” isə məşhur rus iqtisadçı, eskpert Konstantin Simonovun ilə bu məsələ barədə fikirlərini yayıb. O, siyasi və geosiyasi məqamlara toxunub. Ekspertin fikrincə, tariflərin artırılması Rusiya Ermənistan münasibətlərinin səviyyəsinin indikatordur. "Sirr deyil ki, Moskva və İrəvan münasibətləri bu gün o qədər də isti deyil”. Simonov düşünür ki, rəsmi İrəvan bundan nəticə çıxarmalıdır.
Bütün baş verənlər fonunda erməni hökuməti əhalini sakitləşdirməyə davam edir - "danışıqlar davam edir. Düşünürük ki, hər şey yaxşı olacaq".
Əslidə isə belə deyil. Bunu Ermənistandan miqrasiya etmək istəyənlərin sayına nəzərə salanda da görmək olar. Erməni jurnalistlərin əldə etdiyi məlumatlara görə, Rusiya vətəndaşlığına müraciət yayda ən yüksək həddə çatacaq. Bu isə qazın qiymətinin artacağı vaxta təsadüf edir.