Ermənilər Tovuz sakinini yaraladı - Cəbhədən son xəbər - VİDEO
Ermənistan ordusu ötən gecə cəbhəboyu əraziləri iriçaplı silahlardan intensiv atəşə tutub. Düşmən ordusu xüsusən Tovuzun sərhəd kəndi olan Əlibəylini davamlı atəşə tutub.
Sfera.az Region TV-yə istinadən xəbər verir ki, həmişə olduğu kimi bu dəfə də hədəfdə yaşayış evləri və dinc sakinlər olub. Kənd sakinlərindən xəsarət alan var. Telekanalın xüsusi çəkiliş qrupu sözügedən kənddə olub. Onu da deyək ki, atışma başlayandan bitənədək təmas xəttində vəziyyət tam olaraq Silahlı Qüvvələrimizin nəzarətində olub.
Ermənistan ordusunun atdığı mərmi bu dəfə də dinc sakinə dəyib. 64 yaşlı Əlibəyli kənd sakini Tofiq Kazımov qarın nahiyəsindən iki güllə yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin müdaxiləsindən sonra zərərçəkənin həyatını xilas etmək mümkün olub.