Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu: Ölənlər və yaralananlar var

Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu: Ölənlər və yaralananlar var
 Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. 

Riyakar və qeyri-konstruktiv siyasət aparan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Dərin kədər hissi ilə qeyd edirik ki, 28.09.2020-ci il tarixdə saat 19 radələrində Tərtər rayonu Şıx arx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olmuşlar, 1984-ci il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmişlər.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.

OXŞAR XƏBƏRLƏR

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...