Ermənilər Qarabağdakı mülklərini niyə “su qiyməti”nə satır? – Əmlak ekspertindən açıqlama

Ermənilər Qarabağdakı mülklərini niyə “su qiyməti”nə satır? – Əmlak ekspertindən açıqlama
"Azərbaycanın işğaldan azad olunmuş Xankəndi və digər ərazilərində yaşayan ermənilərin əmlaklarının dəyəri demək olar ki, sıfıra bərabərdir”.

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, həmin ərazilərdə yaşamaq üçün digər ermənilərə pulsuz ev və aylıq müavinət veriləcəyi vəd olunsa da, heç bir erməni o ərazilərdə yaşamaq istəmir:

"Orada yaşayanların sayları süni şəkildə şişirdilsə də, reallıqda rəqəmlər tam fərqlidir - deyilənlərdən dəfələrlə aşağı. Çünki ermənilərin Qarabağdan köç etməsi və saylarının azalması o ərazilərdəki sülhməramlıların missiyasının bitməsi və həmçinin həmin ərazilərdə yaşayan ermənilər üzərində İranın öz nəzarətini itirməsi deməkdir. Erməni satış saytlarında həmin ərazilərdəki evlərin baha qiymətə satışa çıxarılması isə başqa bir siyasətdir. İlk zamanlar ermənilər özləri evlərini satışa çıxarsalar da, bunun heç bir effekt vermədiyini və kənardan kiminsə gəlib o ərazilərdə ev almayacağını anladılar. Hazırda elanlara yerləşdirilən evlərin daha cox feyk olması və əksəriyyətinin xarici nömrələrlə satış saytlarına qoyulması hər şeyin kənardan süni şəkildə idarə edilən bir tamaşa olduğunu göstərir”.

E.Fərzəliyev qeyd edib ki, bu addımın atılmasında məqsəd dünya ölkələrində həmin ərazilərdəki əmlakların həqiqətən də bahalı olması kimi fikir formalaşdırmaqdır:

"Uzun zamandır, erməni satış saytları ilə bağlı apardığım araşdırmalar göstərir ki, ermənilər nəinki Qarabağda, hətta bütün Zəngəzur boyu evlərini, fermalarını və əmlaklarını çox ucuz qiymətlərə satışa çıxarırlar. 2020-ci ilin dekabrından 2021-ci ilin sentyabrına qədər həmin ərazilərdəki əmlakların satış qiymətlərində 10 ay ərzində minimum 30 faizə qədər ucuzlaşma baş verib. Deməli, ermənilər nəinki, Qarabağda, hətta Ermənistanın özündə belə daşınmaz əmlaklara yatırım etməkdən imtina edirlər”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...