Ermənilər Qarabağda hərəkətə keçdilər
18:19 / 17.06.2019
6884
Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirilən erməni hərbi birləşmələri bu gün hərbi təlimlərə başlayıb.
Sfera.az "Publika.az"a istinadən xəbər verir ki, təlimlərdə 10 min erməni əsgər, 200-dən çox artilleriya, 150 zirehli texnika, 50-dən artıq hava Hücumundan Müdafiə sistemi, 400-dən çox avtotexnika iştirak edir.
Bu gün başlayan təlimlər iyunun 20-dək davam edəcək. Təlimlərin videogörüntüləri separatçı rejimin adını daşıyan "Youtube” kanalında yayımlanıb.
Son günlər işğalçı Ermənistanın cəbhədə törətdiyi təxribatlar fonunda bu təlimlər diqqət çəkir.