Ermənilər mülki vətəndaşlarımızı atəşə tutdu

Ermənilər mülki vətəndaşlarımızı atəşə tutdu
 
Azərbaycannın Ermənistanla dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.
 
Sfera.az "APA"ya istinadən xəbər verir ki, bu gün saat 12:25-dən başlamaqla Qazax rayonunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətdə avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar Ermənistanın İcevan rayonunun Kirans kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrinə ziyan dəyib. 

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.
 


OXŞAR XƏBƏRLƏR