Ermənilər mövqelərimizi yenə atəşə tutdu - NAZİRLİK MƏLUMAT YAYDI

Ermənilər mövqelərimizi yenə atəşə tutdu - NAZİRLİK MƏLUMAT YAYDI
İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.


OXŞAR XƏBƏRLƏR