Ermənilər \"Köçəri\" oynadı, azərbaycanlılarla qarşıdurma yarandı - VİDEO

Ermənilər \

İyulun 14-də Montenoqronun Hersoqov şəhərində keçirilən Beynəlxalq xalq rəqsləri və mahnıları Festivalında azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib. 

Bununla bağlı Erməni Araşdırmaları - tədqiqat və tədris mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib. 

O bildirib ki, Ermənistanı təmsil edən "Kafkaz” rəqs ansamblının şagirdləri Azərbaycan milli rəqsi olan "Köçəri” və "Gözəlim sənsən” xalq mahnısını ifa edərkən, tamaşaçılar arasından çoxsaylı azərbaycanlılar buna etiraz əlaməti olaraq Azərbaycan bayrağını qaldırıb və rus dilində yüksək səslə "Bu, Azərbaycan mahnısıdır, ar olsun sizə!” sözlərini deyiblər. 

"Bütün bunlara məhəl qoymayan ermənilər ifalarını başa çatdırıblar. Yerlərdən səs-küy salan bir qrup erməni qadınlar isə öz saxta tarixləri ilə azərbaycanlılara "dərs” verməklə yanaşı, həm də təhqir etməyə başlayıblar. Onlar "Eybecərlər, axmaqlar! Bizim 300 min illik tariximiz olanda siz haradaydınız?” deyə qışqırıblar.

Bununla da qarşıdurma başlanıb. Erməni rəqs qrupu rəhbərinin arvadı Liana Poqosyanın dediyinə görə, naəlac qalan ermənilərin yardımına polis qrupu gəlib, azərbaycanlıların bir neçəsi saxlanılıb”, - İ.Tanrıverdi deyib.

(Oxu.az)

 



OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...