Ermənilər hərbçilərinin ölümlərini bu yolla gizlədir

Ermənilər hərbçilərinin ölümlərini bu yolla gizlədir
 

Son bir neçə gündür Ermənistan-Azərbaycan Dövlət sərhədində gərginlik yaşanır. Azərbaycan Müdafiə Nazirliyi gedən döyüşlər və itkilər barədə operativ şəkildə məlumatlar paylaşsa da, düşmən tərəf itkilərini gizlədir.

Məsələ ilə bağlı "MediaPost”a açıqlama verən siyasi şərhçi Turab Rzayev bildirib ki, ermənilərin öz itkilərini gizlətməsi çox aydın məsələdir:

"Bunu onların davranışlarına baxdıqda da görmək olur. Əgər ermənilərin itkisi az olsaydı, onda niyə onlar beynəlxalq təşkilatlara müraciətlər ünvanlasın? Yəni onların itkisi az, özlərinə inamları güclü olsaydı, belə addım atmazdılar. Digər bir məsələ, artıq iki gündür ki, bizim tərəfdən də güclü zərbələr alırlar. Eyni zamanda, ölkəmiz uçan pilotsuz uçan aparatlardan istifadə etməklə hərbi əməliyyatlar keçirir. Bu vəziyyətdə qarşı tərəfdə cəmi dörd itkinin verməsi nə dərəcə doğru ola bilər? Ermənilərin itkisi daha çoxdur, lakin onlar bunu gizlətməyə müəyyən qədər müvəffəq ola bilirlər. Bu nədən qaynaqlanır? Ermənilərdə nizami ordu ilə eyni vaxtda muzdlu qüvvələr var. Məsələn, Livan, Suriyadan gəlib burada döyüşürlər. Onların məhv olunmasını gizlətmək daha rahat olur. Bu şəxslər həlak olduğu zaman sayları rəsmən açıqlanmaya bilir. Daha başqa bir məqam isə Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimin ordusu ilə öz ordusunu ayırmasıdır". 

Ekspert əlavə edib ki, Ermənistanda ordunun bu dərəcədə parçalanmış olması, onlara şərait yaradır ki, rəqəmlərlə istədikləri kimi oynasınlar:

"Mən Ermənistanın itkisinin çox olduğuna inanıram. Düşmən əleyhinə tətbiq olunan silah-sursat növlərinə baxdıqda bəlli olur ki, bu döyüşdən bir-iki nəfərlik itki ilə çıxmaq mümkün deyil. Bir məqam da var. Xatırlayırsınızsa, erməni tərəfi müharibənin ilk iki günü itkilərini sıfır olaraq qələmə verirdi. Və birdən-birə onlar bir neçə nəfərin öldüyünü etiraf etməyə başladılar. Yəni müharibənin ilk günlərində itki yoxdur, lakin birdən-birə itkilərin sayı yüksəlir. Bu da onu göstərir ki, müharibənin əvvəlində onların itkiləri az olub. Ona görə də itki sayının sıfır olduğunu açıqlayırdılar. Lakin sonrakı günlərdə o qədər artıb ki, ölənlərdən bəzilərinin adlarını  çəkməyə məcbur olublar. Üstəlik, artıq Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin ritorikasının dəyişməsinin də şahidi oluruq. Onlar əvvəl özlərinə əminlik nümayiş etdirirdisə, indi məcbur qalıb acizliklərini etiraf edirdilər. Ölkəmiz belə məqamlarda təmkinli davranaraq insanları təşvişə salmadan döyüşlər barədə səhih məlumatlar verdi. Xalqımızın da dövlətlə birliyi düşmənə bir daha göstərdi ki, biz hər zaman döyüşə hazırıq”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...