Cəmİyyət

“Ermənilər başına 5 milyon qoymuşdu... deyirdi, Şuşanı ala bilməzlər...” – Aqarunovun qardaşı danışır

“Ermənilər başına 5 milyon qoymuşdu... deyirdi, Şuşanı ala bilməzlər...” – Aqarunovun qardaşı danışır
 

 Dinlər yaranandan bəlkə də yeganə haldır. Hə, düz eşitmisiz, Albert şəhidlər Xiyabanında dəfn olunanda məzarı başında eyni zamanda həm molla,

həm də bizim ravvin dua oxuyurdu. Azərbaycan xalqına minnətdaram ki, öz şəhidlərini unutmur. Albert də öz torpağı, vətəni uğrunda şəhid oldu. Mütləq gələcəyik heykəlin açılışına.

Bunu Rantik Aqarunov deyir. Azərbaycanın Milli Qəhrəmanı, bu günlərdə Bakının mərkəzində təntənəli şəkildə heykəlinin açılışı olacaq Albert Aqarunovun böyük qardaşı. Hazırda ailəsiylə birgə İsraildə yaşayır Rantik. Amma böyük həyəcanla Azərbaycanın qəhrəmanlıq simvollarından olan qardaşının tank üzərində heykəlinin açılacağı günü gözləyir.

 

Lent.az -ın müxbirilə söhbətə isə Rantik 28 il bundan əvvəldən başlayır.

- 1991-ci ilin sentyabrı idi. Evə gəlib dedi ki, döyüşə gedirəm. Atam, anam, biz narahat olduq. Amma o, israrla deyirdi ki, məni yolumdan döndərə bilməyəcəksiz, onsuz da orduya yazılmışam. Anam daha çox üstünə düşdü ki, məni narahat vəziyyətdə qoyacaqsan. Dedi, qəti narahatlığa əsas yoxdu, sağ-salamat qayıdacam.

Sonradan bildik ki, Hacı Əzimovun komandiri olduğu Səbayel batalyonuna yazılıb.

Rantikin dediyinə görə, Səbayel batalyonu tank batalyonu imiş. Albert sovet ordusu sıralarında Gürcüstanda tank qoşunlarında xidmət etdiyindən özü bu batalyona qoşulub.

Onlar tankı özləri yığırdılar. Ordan-burdan tapırdılar hissələrini. 1991-ci ilin dekabrında isə Şuşaya yola düşdülər.

Albert Aqarunov Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. Şuşa döyüşlərində Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib

1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankını sıradan çıxarıb. Bu tankın komandiri Qaqik Avşaryan olub. Aqarunov tərəfindən vurulub. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilib. Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.

- Dostlarının dediklərinə görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə, bu metod, döyüş yoldaşları tərəfindən "Yəhudi buterbrodu” adını alıb. Ermənilər isə onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.

Rantik deyir ki, cəbhədə olduğu təxminən 6 ay ərzində bir neçə dəfə evə gəlmişdi. Hər dəfə də ondan Şuşanı soruşarmış Aqarunovlar ailəsi. Həmişə də deyərmiş ki, ermənilər heç vaxt Şuşanı ala bilməz.

- O qədər əminliklə deyirdi... Hər dəfə ayrılanda da anamı qucaqlayıb, deyərdi, narahat olma, qayıdacam. Sonuncu dəfə 1992-ci il aprelin əvvəlində gəldi. Anama, atama, bizə söz verdi ki, aprelin 25-i ad gününü Bakıda bir yerdə qeyd edəcəyik. Amma qismət olmadı…

Albertin ölümündən ailəsi mayın 9-u xəbər tutur.

- Sonradan əsgər yoldaşları dedilər ki, Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Sən demə, Albert mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Cəsədləri kənara çəkən zaman erməni snayperin gülləsinə tuş gəlir.

Rantik deyir ki, Albert evin sonbeşiyi kimi hamının sevimlisiydi. Hamı ilə nəzakətlə davranırdı.

- Qəlbi uşaq qəlbi kimi kövrək idi. Musiqiylə maraqlanırdı, truba sinfini bitirmişdi. Amma həyatını musiqiyə bağlamaq fikri yox idi. Yeniyetmə yaşlarından zəhmətkeş olub. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edirdi. Amma bu, onun dostlarına da zaman ayırmasına, onlarla əylənməsinə mane olmurdu. Çünki Albert kifayət qədər açıq, ünsiyyətcil, eyni zamanda olduqca sadə biri idi, arzuları kimi. Həyatdan tək istəyi adi insan xoşbəxtliyi, uğurlu işi və doğulub-böyüdüyü ailəsi kimi ailəyə sahib olmaq idi. Qismət olmadı…

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930