Sİyasət

"Erməni xalqının beyni böyük Ermənistan xulyası ilə zəhərlənib" - Ekspert

"Kreml heç zaman imkan verməyəcək ki, ABŞ-ın sözügedən təşəbbüsü alınsın”.
 
Sfera.az-a açıqlamasında bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvandakı çıxışından sonra bu ölkədə olacaq növbədənkənar seçkilərdƏn sonra Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsilə bağlı "yol xəritəsi” ilə çıxış edəcəyinə dair ehtimalların səslənməsinə münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib.
 
Həmsöhbətimizin fikrincə, Rusiya belə bir təşəbbüsün baş tutacağına imkan verməyəcək:
 
"Belə bir fikir var, "cəhənnəmə gedən yol xoş niyyətlərlə döşənib”
 
"Dağlıq Qarabağ konfliktinin başlanmasından 30 il keçir. Bu müddət ərzində münaqişənin həllilə bağlı müxtəlif təkliflər verilib, yollar göstərilib. Amma buna baxmayaraq münaqişə olduğu yerdə saymaqda davam edir. Buradan da nəticə çıxır ki, konfliktin həllinə mahiyyəti üzrə baxmırlar. Münaqişənin qalması Rusiya üçün həmin iki ölkədə öz təsir dairəsini saxlamaq üçün bir alətdir. Zaman-zaman Fransa, ABŞ konfliktin həlli üzrə təşəbbüsü öz üzərlərinə götürüb. Həmsədrlər dəyişib. Amma Rusiya prosesi öz əlində möhkəm saxlamaqda davam edir. İndi Ermənistanda Paşinyan hakimiyyətə gəlsə də, o sələflərilə müqayisədə Dağlıq Qarabağla bağlı daha ifrat mövqe sərgiləyir. Rusiya da bunu qəbul etdi ona görə də həmin məsələdə Ermənistanın əvvəlki rəhbərləri kimi Paşinyana da dəstək verir. ABŞ-ın münaqişənin həllilə bağlı "yol xəritəsi”lə çıxış etməsi və onun müzakirəsi mümkündür. Bunları müzakirə etmək olar. Amma Kreml heç zaman imkan verməyəcək ki, ABŞ-ın sözügedən təşəbbüsü alınsın. Ermənistanla Azərbaycana Rusiyanın təsir imkanları çox böyükdür. Ukrayna, Gürcüstan, yaxud Moldovada əksinə, Vaşinqtonun təsir imkanları, Moskva ilə müqayisədə daha güclüdür. Qafqazın münaqişədə olan iki ölkəsi isə qəfəsdə oturub. Qıfılın açağı da Putinin cibindədir. Rusiya da bunu bildiyindən, ABŞ-ın həmin təşəbbüslə bağlı səylərinə ümunən soyuqqanlı yanaşır. Ermənistanın bu fonda nə isə etmək imkanı yoxdur. Erməni xalqının beyni böyük Ermənistan xulyası ilə zəhərlənib və bu xulyadan çıxa bilmir. Bolton isə sadəcə sözdür, deyib”.
 
Qeyd edək ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda səfərdə olarkən "Əgər növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası qalib gələcəksə, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün qətiyyətli addımların atılmasına şərait yaradacaq” fikrini səsləndirib. Hansı ki, həmin fikir Ermənistanda müəyyən əks-sədaya doğurub və bu fonda Vaşinqtonun düşmən ölkədəki seçkidən sonra konfliktin həlli istiqamətində "yol xəritəsi”ni təqdim edəcəyilə bağlı ehtimalların yaranmasına yol açıb.
 
ELÇİN
Sfera.az
AdRiver

XƏBƏR LENTİ