Cəmİyyət

Erməni veteran: Qarabağ heç vaxt bizim olmayıb – Müraciət

Erməni veteran: Qarabağ heç vaxt bizim olmayıb – Müraciət
Sistemli olaraq erməni gəncləri siyasətçilərin və generalların səsləndirdiyi möcüzəli yalanlarla yetişir. Erməni gəncliyi beynəlxalq qanunlara baxmayaraq, Azərbaycana qarşı işğal siyasəti aparan hakimiyyətin ambisiyaları uğrunda öz qanını daha az axıtmaq istəyir.

Bununla bağlı erməni veteran Artur Armenyanın Feysbuk səhifəsində müraciəti diqqət çəkir.

"Dağlıq Qarabağ heç vaxt bizim olmayıb və olmayacaq. Mən yalnız indi anladım ki, biz ermənilər azərlərə (azərbaycanlılara – red.) münasibətdə düzgün hərəkət etməmişik. Yaxşı bir qonşunu itirmişik. Mən deyə bilmərəm ki, azərlər pisdir. Çünki onlar haqlıdır”, – Qarabağda xidmət keçən Armenyan yazıb.

Bunun ardınca isə o, erməni zabitlərinə və əsgərlərinə müraciət edib:

"Ermənistanın bütün zabit və əsgərlərinə müraciət edirəm ki, silahınızı atın və Qarabağı tərk edin. Qoy siyasətçilər və ali baş komandan özləri gedib vuruşsunlar.

Əziz Analar, Babalar, Atalar, öz özladlarınızı Azərbaycana qarşı vuruşmağa göndərməyin. Mən bu müharibədə ayağımı itirmişəm. Və indi mən heç kimə lazım deyiləm. Çox təəssüf! İndi mən Fransadayam. Ermənistana da heç vaxt qayıtmayacağam”.Axar.az

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930