Dünya

Erməni terrorçularından Türkiyə haqda təhdid

Erməni terrorçularından Türkiyə haqda təhdid

Suriyada Türkiyəyə qarşı döyüşən ermənilər Amerikanın səsi-nə müsahibə veriblər. 

Sfera.az xəbər verir ki, onlar əvvəllər İŞİD-ə qarşı vuruşduqlarını, indi isə türk qoşunlarına qarşı vuruşacaqlarını bildiriblər. "Biz Türkiyədən xalqımızı öldürmək üçün gələn əsgərlərə qarşı mübarizə aparırıq. Biz onları silahla, qanımızla qarşılamalıyıq, çünki onlar bir vaxtlar Türkiyədə olan erməniləri öldürüblər, amma indi bütün xalqlara qarşı çıxırlar. Biz bu torpaqda yaşayan xalqımızı silah və qanla qorumalıyıq”, - deyə erməni batalyonunun üzvü Avo Ozanyan bildirib. 

O daha sonra əlavə edib ki, əvvəl silahları olmadıqlarına görə döyüşə bilməyiblər. "Amma indi hazırıq və bütün gücümüzlə vuruşacağıq”, - deyə o vurğulayıb.

Göründüyü kimi ermənilər Türkiyəni az qala işğalçı kimi təqdim edərək guya Suriyanı və Suriya xalqını Ankaranın hərbi təcavüzündən qoruduqlarını iddia edirlər. Bu iddianın əsassız olduğunu sübut etmək o qədər çətin deyil. Axı Türkiyənin Suriyaya qarşı ərazi iddiası yoxdur. 

Ankara sadəcə terror qruplaşmalarının poliqonuna çevrilmiş Suriyada fəal olan YPG-yə qarşı hərbi əməliyyatlar keçirir. Yəni, Türkiyə faktiki olaraq terrorla mübarizə aparır. Rəsmi Ankara bunu dəfələrlə bəyan edib və hərbi əməliyyatlar zamanı sivil vətəndaşlara diqqətlə yanaşılması, hədəfin yalnız terroçular olduğu nümayiş etdirilib. Erməni batalyonu isə Suriya və Suriyanı xalqını qorumaq adı altında terrorla mübarizə aparan bir orduya qarşı vuruşur və açıq şəkildə bəyan etməkdən çəkinmir. Bu, əslində terrou dəstəkləmək anlamına gəlməlidir. 

Digər tərəfdən, Avo Ozanyanın müsahibəsində Türkiyəyə nifrət açıq ifadə olunur. "Onlar bir vaxtlar Türkiyədə olan erməniləri öldürüblər” deyən erməni batalyonunun üzvü bu fikirlərilə əslində batalyonun heç də Suriyanı qorumaq üçün yaradılmadığını ortaya qoyub. Məqsəd terrordan əziyyət çəkən Türkiyənin terroçuluğa qarşı mübarizəsinə əngəl törətmək, ərazi bütövlüyünü təhdid etməkdir. (yeni sabah)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031