Erməni təhdidinə üçqat cavab

Erməni təhdidinə üçqat cavab

"Neft və qaz kəmərlərinin təhlükəsizliyinin birgə təmin olunması məsələsini müzakirə etdik və razılıq əldə olundu". 

APA-nın məlumatına görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz bu gün Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
 
İ. Yılmaz deyib ki, bu gün üç ölkə arasında hərbi-texniki və hərbi-təhsil sahəsində əməkdaşlıq, treninqlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, bölgədəki vəziyyətlə bağlı regional təhlükəsizlik məsələlərini, Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə hərbi təlimlərin keçirilməsi məsələləri də müzakirə edilib və  razılıq əldə olunub. 

 xatırladır ki, son zamanlar cəbhədə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistan tərəfi "Azərbaycanın neft kəmərlərini vurarıq" kimi təhdidlər sayıqlayır.


OXŞAR XƏBƏRLƏR