\"Erməni silahlı qüvvələrinin atəşkəsi pozması təsadüfi deyil\" - Məqsəd nə idi?

\
"Ermənistanın Kəlbəcər istiqamətində dövlət sərhəddində atəşkəsi pozması bir neçə prosesdən qaynaqlanır".

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 
 
Onun sözlərinə görə, ilk səbəblərdən biri Azərbaycanın sərhəddə möhkəmlənməsinə mane olmaqdır:

"Digəri Fransa və Rusiyanın təhriki ilə ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində danışıqların bərpasına nail olmaqdır.  Eyni zamanda Azərbaycan tərəfinin tələbələrinin əksinə olaraq, böhranı davam etdirmək, beynəlxalq müstəvidə münaqişənin bitmədiyini və Azərbaycanın Ermənistan ərazisində olduğu görüntüsünü yaratmaq da bu səbəblər sırasındadır.

Moskva görüşündən sonra Rusiya rəhbərliyinin obyektiv açıqlamalarına baxmayaraq, Kreml iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Məhz Rusiyanın müdafiə nazirinin müavininin Ermənistanda olduğunu nəzərə alsaq, erməni silahlı qüvvələrinin atəşkəsi pozması təsadüfi deyil".

Politoloq qeyd edib ki, hazırda Azərbaycana ciddi təzyiqlər var:

"Cənubi Qafqazda Avropa İttifaqı, ABŞ, Rusiya, Fransa, hətta İran da öz maraqlarını qabarıq surətdə göstərir. Hər biri problemi körükləməklə öz mövqelərinə uyğun olaraq idarə etməyə çalışır, Azərbaycana təzyiq siyasəti həyata keçirilir. Məhz sərhəddə baş verənlər Ermənistana bu və ya digər müstəvidə siyasi dəstəyin nəticəsidir. Amma bu kimi siyasi dəstək Ermənistanın daha da daxili siyasi böhrana yuvarlanmasına səbəb olacaq.

Bu təzyiqlər fonunda Türkiyə-Azərbaycan tandeminin proseslərdə uğurlu qalibiyyət əldə etməsi mümkündür. Ermənistanın bütün cəhdləri nəticəsiz qalacaq və Azərbaycan tərəfinin Minsk qrupunun fəaliyyətinə və digər şərtlərlə razılaşması gözlənilmir".

Günay Rəsulqızı

OXŞAR XƏBƏRLƏR

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...