Erməni ordusu belə biabır oldu - VİDEO

Erməni ordusu belə biabır oldu -  VİDEO

İnternetdə 1-15 avqust tarixlərində keçirilən `Tank biatlonu` üzrə beynəlxalq yarışa hazırlıq zamanı Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi maşının sönməsi və digər tankın isə çevrilməsini əks etdirən görüntülər yayılıb. 


Drift və su manelərinin öhdəsindən gəlmə yarışlarının izləyicilərindən biri iki insidenti görüntüləyə bilib. Əvvəlcə tanklardan biri su maneəsini keçən zaman nasazlıqla qarşılaşıb. Videodan göründüyü kimi su maneəsini keçdikdən sonra tank sönüb. Hərbi texnika Ermənistan Silahlı Qüvvələrinə məxsus olub. Böyük ehtimalla tankın motoru hidrozərbəyə məruz qalıb. Hərbi texnikanın özü quruya çıxsa da, yarışdan kənarlaşıb. Bu epizodu videonun 1:10-cu dəqiqəsindən izləmək olar. 




01:54-cü dəqiqədə isə drift edən daha bir tank T-72 görüntülənir. Yüksək sürətlə döngəyə girən tankın ekipajı idarəetməni itirir və nəticədə hərbi texnika aşır. Hadisə nəticəsində tanka ciddi ziyan dəymir və qısa təmirdən sonra yarışlarda işi davam etdirir. 

Qeyd edək ki, hərbi oyunlarda Çin, Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Hindistan, Küveyt, Qırğızıstan, Monqolustan, Venesuela, Serbiya, Anqola, Tacikistan və Nikaraquadan 43 komanda iştirak edib. Yarışlar Rusiyanın 11 müxtəlif poliqonunda təşkil olunub. (azvision.az)
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...