Gündəm

Erməni milyarderlər böyük müharibəyə pul yığır

Erməni milyarderlər böyük müharibəyə pul yığır
Paşinyan və tərəfdarları Türkiyənin NATO-dan çıxacağı günü gözləyirlər

Ermənistan hökuməti Rusiyadan almağı  nəzərdə tutduğu 4 ədəd Su-30 qırıcısının 2-sinin pulunu nağd ödəyib.

Bu barədə İrəvanda nəşr olunan "Jamanak” qəzeti yazıb. Qəzetin mənbəsinin bildirdiyinə görə, qalan iki təyyarə isə kredit vəsaitləri ilə alınıb.


"Nağd vəsaitlər oliqarxların Ermənistan Müdafiə Nazirliyinə ödədiyi məcburi-könüllü vəsaitlər hesabına toplanıb. Onların sırasında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Saşik Sarkisyan da var. Amma biz konkret hansı məbləğdən söz getdiyini müəyyənləşdirə bilmədik”,- deyə qəzet bildirib.

Amma Ermənistan KİV-ləri daha öncə Saşik Sarkisyanın Müdafiə Nazirliyinə 16 milyon dollar verdiyini yazmışdı. Yəni söhbət 100 milyon dollara yaxın vəsaitdən gedə bilər. Nikol Paşinyanın arvadının Rusiyaya və ABŞ-a etdiyi "sülh” səfərləri də sırf diaspordan  ianə yığmaq məqsədi daşıya bilər. Paşinyanın son aylarda Qarabağ danışıqlardan qaçması, təzadloı bəyanatlar verməsi və ya Ermənistan Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanesyanın işğal edilmiş Fizuli rayonu ərazisində bir qarış torpaq da geri verməyəcəklərini deməsi də bununla bağlıdır.

Erməniləri ürəkləndirən digər məsələ isə Türkiyənin Rusiyadan S-400 raketləri almaq istəyi ilə bağlı NATO daxilində yaranmış gərginlikdir. Hər halda, ABŞ-ın NATO-dakı xüsusi nümayəndəsi Key Beyli Hatçison bildirib ki, bu məsələ Türkiyənin NATO-da qalmasını sual altına salır. Erməni şərhçi Razmik Akopcanyan "ArmenianReport”da yazdığı məqaləsində iddia edir ki, Türkiyə NATO-dan çıxarılandan sonra Azərbaycan işğal edilmiş ərazilərini geri qaytarmaq fikrindən əl çəkəcək.

Göründüyü kimi, siyasətdə diletant olan Paşinyan və komandası reket üsulları ilə ələ keçirdikləri bir neçə on min milyon dollara güvənərək qeyri-adekvat bəyanatlar verirlər. Unudurlar ki, Paşinyanın sələfləri Koçaryan və Sarkisyan ordu quruculuğu və işğal edilmiş ərazilərin məskunlaşması üçün hakimiyyətdə olduqları 20 il ərzində diasporadan 13 milyard dollar vəsait almışdılar. Amma aprel döyüşləri göstərdik ki, Ermənistan ordusu ordusu 1980-ci illərin səviyyəsində qalıb, işğal edilmiş ərazilərdə isə cəmi 60 min adam yaşayır - Ermənistandan gəlmiş işğal ordusunun hərbçiləri və onların ailə üzvləri. Sovet vaxtı isə təkcə Dağlıq Qarabağda 150 min erməni yaşayırdı.  Yəni Sarkisyandan qat-qat az pul toplamış Paşinyan daha acı nəticələrlə üzləşmiş olacaq. 

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930