Erməni killeri həm Qulinin, həm də Lənkaranskinin adamlarını axtarır

Erməni killeri həm Qulinin, həm də Lənkaranskinin adamlarını axtarır
Dato Pankiskini öldürən, Ayko Karabaxskini isə əlil edən erməni  qanuni oğru  Andranik Saqoyanın
Şakro Malodoyun taxt –tacına bir nömrəli namizəd  Lotu Qulinin aradan götürülməsi üçün sifariş ala biləcəyini  ötən yazımızda söyləmişduk.

 
Sfera.azxəbər verir ki,  Zap Leninokanskiy ləqəbilə tanınan Saqoyan daha çox killerlik edir.  Ancaq onun Ermənistan rəhbərliyi tərəfindən himayə edilməsi  faktı  üzə  çıxıb.

Əslində hakimiyyət nümayəndələri ilə əlaqə oğru üçün qəbuledilməzdir. Ancaq  Zap   Ermənistan Daxili İşlər Nazirliyi ilə əməkdaşlığa  gedib.
Əvəzində hökumət onu Çexiyaya təhvil verməyib. Çexiyada  Saqoyan etdiyi  cinayətlərə görə 22 il həbs cəzası alıb. Ora göndərilsə uzun müddətə  barmaqlıqlar arasından çıxmayacaqdı.
 

"Suka”lığına görə  Zap ötən il 6 erməni qanuni oğru tərəfindən döyüldü. Onunla birgə "vor zakon”lar  Saqoyanın  əlaltısı Suriki və bacısı oğlunu da çırpdılar.
 

Bundan sonra  Saqoyanı qoruyan hökumət həmin oğruları ölkədən deportasiya etdi.
 

Dato Pankisski öldürüldükdən sonra onun Türkiyədə  düşməni çoxaldı. Dato  mərhum  Rövşən Lənkaranskinin dostu olan Merab Canqvelidzenin qruplaşmasından idi. Suxumililər bu qətli ona  bağışlamayacaq.
 

 Diğər tərəfdən Saqoyan Şakronun adamı sayılır deyə Lotu Quli də onu sağ buraxmaq istəməyəcək.

 
İlqar Atabəyli
 
 
 

OXŞAR XƏBƏRLƏR