Maqazİn

Erməni ilə duet oxuyan azərbaycanlı qızı "topa tutdu"lar: “Boyunu yerə soxum”

Erməni ilə duet oxuyan azərbaycanlı qızı
Azərbaycanlı aşıq Tinatin (Nargilə) Mehtiyevanın Gürcüstanda keçirilən IX Qafqaz caz festivalında erməni və gürcü ifaçılarla birlikdə "Sarı gəlin” mahnısını oxuması sosial şəbəkə izləyiciləri tərəfindən hiddətlə qarşılanıb.

Sfera.az bildirir ki, Yenicag.az-a açıqlama verən Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, AMEA-nın Folklor İnstitutunda "Aşıq yaradıcılığı” şöbəsinin müdiri, "Əməkdar mədəniyyət işçisi” Elxan Məmmədli aşığın bu hərəkətini biabırçılıq adlandırıb:

"Bunun bir adı var – biabırçılıq! Biri Moskvada erməniyə ərə gedir, biri də erməniyə qoşulub ”Sarı gəlin”i oxuyur. Utan, yerə gir, abırsız! Barı, o "Sarı gəlin”dən abır-həya elə. Boyunu yerə soxum, qeyrətli oğul lazımdır ki, o qızın qarşısını kəsib, desin "Ayağını Azərbaycan torpağına basma!”.  Bəlkə də onun damarında erməni qanı axır, ya da arxasında pullu mənəviyyatsız kişilər dayanır. Bu xəbəri eşidəndən özümə gələ bilmirəm, əsəbimdən dəli oluram”.


XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031