İkinci Avropa Oyunlarının sambo yarışlarında qələbə qazanan samboçumuzun videosu sosial şəbəkələrdə maraq yaradıb. 

BAKU.WS xəbər verir ki, Mehman Xəlilov (57 kq) bürünc medal uğrunda görüşdə Ermənistan samboçusu Maksim Manukyanı 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Mehmanın qələbə sevinci görənləri mat-mətəl qoyub. 

Gözləri dolan həmyerlimiz qələbəsini məşqçiləri ilə bayram edib. 

Bu görüntüləri sosial şəbəkələrdə minlərlə baxış toplayıb. 
BAKU.WS