Cəmİyyət

Erməni idmançılar yenə Bakıya gəlir

Erməni idmançılar yenə Bakıya gəlir

Bu gün erməni idmançılarının daha bir qrupu “Bakı-2015” I Avropa Oyunlarında mübarizəyə qoşulmaq üçün Bakıya gəlir. 

Sfera.azQafqazinfo”-ya istinadən xəbər verir ki, Bakıya yola düşən qrup cüdoçulardan ibarətdir. Bu barədə Ermənistan Cüdo Federasiyasının vitse-prezidenti David Xitaryan yazıb. Ermənistan yığmasının heyətinə Ohanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq), Janna Stankeviç (52 kq) daxil edilib. Ermənistan yığmasının baş məşqçisi Tiqran Babayandır. 

Qeyd edək ki, erməni cüdoçular Bakıda iyunun 25-i və 26-də mübarizəyə başlayacaqlar.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031