Erməni hərbçilər qəzaya düşüb: Ölən və yaralılar var

Erməni hərbçilər qəzaya düşüb: Ölən və yaralılar var
Ermənistanın Sünix vilayətində hərbi qulluqçuların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az Azvision.az-a  istinadən xəbər verir ki, hadisə bu gün saat 12:40 radələrində Meğri-İrəvan yolunun 82-ci kilometrliyində qeydə alınıb. 

Belə ki, "Ford” markalı avtomobil "QAZ” maşını ilə toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralı halda tibb mərkəzinə çatdırılıb. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyan faktı təsdiqləyib. Onun sözlərinə görə, hərbi qulluqçular yüngül xəsarət alıblar. Hazırda xəstəxanadadırlar. Faktla bağlı cinayət işi başlanılıb. 
 


OXŞAR XƏBƏRLƏR