Erməni əsgərləri bir-birini öldürür

Erməni əsgərləri bir-birini öldürür
İki erməni hərbçisi əsgər yoldaşları tərfindən qətlə yetirilib. 
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin yaydığı məlumatda deyilir. 
İlkin istintaqın məlumatına görə, aprelin 21-də saat 07.00 radələrində hərbi hissələrin birində hərbi postda müddətli xidmətdə olan, sıravi əsgər Bareyan silahdan istifadə qaydalarını pozaraq atəş açıb. Atəş nəticəsində müddətli xidmətdə olan sıravi əsgər Spartak Kalaşyan baş nahiyəsindən ölümcül yara alıb. 
Cinayət işi çərçivəsində bir nəfər saxlanılıb. 
Bundan başqa, müddətli xidmətdə olan sıravi əsgər, "UAZ” markalı avtomobilin sürücüsü Kaen Aqabekyanın ölüm səbəblərinin araşdırılması üçün daha bir çinayət işi qaldırılıb.
İlkin məlumata görə, aprelin 21-də saat 14:30 radələrində hərbi hissələrdən birinə məxsus olan  "UAZ” avtomobilinin sərnişini, müddətli xidmətdə olan əsgər P.Yeqoryan silahdan istifadə qaydalarını pozaraq atəş açıb, bunun nəticəsində Karen Aqabekyan döş qəfəsi nahiyəsində ölümcül yara alıb.
Yeqoryan saxlanılıb. 
Silahdan istifadə qaydalarının pozulması nəticəsində insan ölümü ilə nəticələnən hər iki fakt üzrə cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən xəbərə...

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Vüqar Qurbanovdan yeni təyinat - FOTO

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.   Sfera.az Report-a istinadən xəbər verir ki, ...