Ermənilərin Özbəkistan və Qırğızıstanda törətdiyi soyqırımdan film hazırlandı - VİDEO

Ermənilərin Özbəkistan və Qırğızıstanda törətdiyi soyqırımdan film hazırlandı - VİDEO
Özbək tarixçisi Şuhrat Salamovun "XIX-XX əsrlərdə Türküstan və Cənubi Qafqaz. Daşnaklar: Fərqanədən Qarabağa qədər” adlı kitabı  1918-ci ildə terror təşkilatı "Daşnaksütyun”-un Kokandakı qanlı fəaliyyəti ilə bağlı həqiqətlərə işıq salıb. 

Şuhrat Salamova görə, daşnakların Fərqanə vadisindəki 1 illik "fəaliyyət”i dövründə 35 150 min aralığında dinc sakin öldürülüb. Özbəkistan Milli Ensiklopediyasında əks olunan rəqəm də 35 min nəfərdir.

Əsərdə qeyd olunur ki, başlanğıcını Kokanddan alan qanlı erməni izi minlərlə azərbaycanlının öldürüldüyü Qarabağa qədər uzanıb. Bu paralel "Kokand: bu haqda yalnız tarixçilər bilir" adlı filmdə çəkilir. 

Sfera.az oxucularını "Kokand: bu haqda yalnız tarixçilər bilir" sənədli filmin qısa məzmunu ilə tanış edir:

"Xocalı soyqırımı baş verəndə kənar müşühidəçilər inanmaq istəmirdi ki, kimsə belə bir vəhşilik törədə bilər. Zorakılıq, işgəncələr, nə baş verdiyini anlamayan dinc insanların başlarının kəsilməsi. İşgəncələrə məruz qalan, ölümqabağı qucaqlaşıb bir-biri ilə vidalaşan əzabkeş qadınlarla uşaqların fotolarını unutmaq mümkün deyil. Bütün bunlar dəhşətli yuxu təsiri bağışlayırdı. Amma tarixi bilənlər anlayırdı ki, bu  heç də ilk belə kütləvi qırğın deyil. 

19-cu əsrin sonunda erməni milləti qarşısına  müstəqil Ermənistan dövləti yaratmaq məqsədi qoyur. Onlar istəklərinə necə çata bilərdi? Ermənilər bu məqsədlə üç terror təşkilatı yaradır. Həmin təşkilatlar Osmanlı İmperiyası, Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ərazilərində fəaliyyət göstərməyə başlayır. Sözügedən təşkilatlardan biri-Daşnaksütyun əbədi olaraq öz ölkəsinin tarixinə daxil olacaq. Təşkilatın tərəfdarlarına verdiyi ilk əmr belə səslənirdi: "..hər yerdə, istənilən şəraitdə türkləri, kürdləri və sözünü tutmayan xəyanətkar erməniləri öldür, qisas al!” 

Hədəfə çatmağın ən uğurlu yolunu öldürməkdə, zorakılkıqda və sabotajda görən 167 mindən çox insan bu terror təşkilatının tərəfdarı idi. İlk başdan "Daşnaksütyun” Rusiya İmperiyası trərəfindən dəstəklənirdi və Rusiyanın Osmanlı İmperiyasına qarşı mübarizəsində "beşinci kolon” rolunu oynayırdı. 
Sizcə Ermənistanda bu terror təşkilatı necə qarşılanır? Bəlkə üzvlərini həbs edir, yaxud dindirirlər?
 
Cavab sadədir: Daşnaksütyun Ermənistan Respublikasının hakim partiyası idi. 

1918-ci ildə baş verən tarixi olay haqda bu gün də çox az məlumat verilir, amma sözügedən olay Türküstan tarixinin bir hissəsini təşkil edir. 
Daşnaklar Sovet hakimiyyəti qurmaq məqsədilə Kokand (müasir Özbəkistan) ərazisinə basqın edib qırğın törədirlər və milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, yerli əhalini qanına qəltan edirlər.

Kokandı yandırıb külünü göyə sovururlar, bir günün içərisində 10.000-dən artıq insan məhv edilir. Suzak və Bazar-Korqon (Qırğızıstan) yaşayış məskənlərinin bütün əhalisi güllələnir. Digər qəsəbə və kəndlərin sakinləri də qətlə yetilirilir. Qadınlar isə qənimət kimi ələ keçirilərək daşnakların arasında pay-püş edilir. 

"XIX-XX əsrlərdə Türküstan və Cənubi Qafqaz. Daşnaklar: Fərqanədən Qarabağa qədər”adlı kitabın müəllifi Özbək tarixçisi Şuhrat Salamov aşağıdakı faktları təqdim edir:

"Daşnaklar Fərqanə vadisindəki 1 illik "fəaliyyət”i dövründə 35 150 min arasında dinc sakin öldürülüb.”
Rəqəmlərə diqqət yetirin.

Bir il sonra SSRİ daşnakları buraxmaq qərarına gəlir. 

Nəyə görə daşnakların törətdiyi vəhşiliklərlə bağlı belə az məlumatlıyıq? Axı tarix bizə keçmiş səhvlərimizi təkrarlamamağı öyrətmək üçündür.
Çox guman, bu sualın cavabını o dövrün siyasi quruluşuynda axtarmalıyıq. O dönəmdə heç də bütün olayları analiz edib öyrənmək,  ictimaiyyətə təqdim  etmək mümkün deyildi.  

Təəssüf ki, bir neçə onillikdən sonra bütün bunlar Xocalıda təkrarlanacaq. Çox az adam bilir, yaxud xatırlayır ki, bu heç də ilk belə qırğın deyildi.Amma heç kəs Özbəkistanı unutmamışdı, bundan sonra da unutmayacaq. 

Keçmiş sovet respublikalarının demək  olar ki, hər birinin paytaxtında digər respublikanın diplomatik nümayəndliyi var, amma Özbəkistanda Ermənistan səfirliyi yoxdur. Həmçinin Özbəkistanda da Ermənistan səfirliyi yoxdur. Ermənistanın Özbəkistandakı səfirinin iqamətgahı isə İrəvanda yerləşir. Bundan əlavə, müstəqillik dövründə Özbəkistan liderləri heç vaxt Ermənistana səfər etməyiblər.

Özbəkistan, Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib. 

Dekabrın 11-də Özbəkistan prezidenti Azərbaycan prezidentinə zəng vuraraq onu Daqlıq Qarabağda müharibənin başa çatması münasiobəti ilə təbrik etdi. 

Necə düşünürsünüz, daşnakların törətdiyi bütün vəhşiliklərdən sonra onlar axtarışa verilibmi? Sözügedən terror təşkiları cinayətkar qurum imi qəbul olunurmu? Xeyr.

Daşnaksütyun bu gün də Ermənistanda fəaliyyət göstərən partiyalardan biridir. Sözügedən partiya həmçinin  Qarabağ erməniləri də daxil olmaqla, diasporun ən nüfuzlu partiyasıdır.

Onların törətdiyi vəhşiliklər dastana çevrilsə də, daşnaklar nəinki bu gün fəaliyyətdən qalmayıb, həmçinin hakimiyyətdə yüksək mənsəb sahibləridir. Bu haqda isə hər kəs bilməlidir”
 
Mənbə: Vesti.az
Tərcümə: Selcan
Sfera.az


OXŞAR XƏBƏRLƏR