Ərindən qadına yataq otağında səsyazma cihazı şoku: \"Bal ayında ...\"

Ərindən qadına yataq otağında səsyazma cihazı şoku: \
 

Türkiyədə evləndikləri gündən bəri yoldaşının qısqanclığından həyatı kabusa dönən qadın təmizlik etdiyi zaman evdə səsyazma cihazı tapıb. 

Evləndikləri gündən bəri yoldaşının şübhələrindən bezdiyini bildirən qadın boşanmaq üçün məhkəməyə müraciət edib.

İstanbul Ailə Məhkəməsində açılan boşanma iddiasında Ahu T. 8 aydır ailəli olduğu yoldaşı Doğan T. -nin həddindən artıq qısqanclıq və şübhələrinin çəkilməz dərəcədə olduğunu irəli sürüb və şok iddialar səsləndirib. Ahu T. ''Həyat yoldaşım Doğan T.-nin qısqanclıq və məndən yersiz yerə şübhələnməyə başlamağı bal ayında başladı. Otelin restoranında o, yuxudan qalxana kimi nahar edir, ətrafda gəzir ya da xizək sürürdüm. Məni gördüyündə təhqir edərək, "Burada tanıdığın biri var, yəqinonlamı görüşürsən" kimi ifadələr işlətdi. Mən çox təəccübləndim, onsuz tək başıma qaldığımız otaqdan heç bir yerə getməməyə başladım'' deyib.

Evdə 3 ayrı səsyazma cihazı tapdı

 

Evdə təmizlik işləri görərkən 3 səsyazma cihazı tapdığını bildirən Ahu T. '' İş yerimdə Doğan T. -nin da bildiyi ortaq yoldaşlarımız vardı. Mən bir dostumla günorta, ya da işdən çıxarkən bir kafedə çay içib, yemək yesəm, o axşam mənə evdə "Sən onunla bu gün təkbaşına yemək yemisən, niyə digər yoldaşların yox idi" kimi sözlərlə mübahisə etməyə başlayırdı. Bir gün həyat yoldaşım valideyinlərimə zəng edərək "Sizin bu qızınız məni aldadır. Evləndiyimizə peşman oldum, inanmırsınızsa, iş yerinin yaxınlığındakı, ünvanını verdiyim restoranda baş-başa yemək yeyirlər" deyib. Bu mübahisələrə görə ərimlə danışmırdıq. O, çox vaxt işdən gəlincə bir az evdə oturur, sonra heç bir şey demədən evdən çıxırdı. Bir həftəsonu evdə təmizlik etdiyim zaman qonaq və yataq otağında görünməyəcək dərəcədə gizlədilmiş 3 ədəd səsyazma cihazı tapdım. O an şəkillərini çəkdim. Artıq belə ərlə yaşaya bilmərəm. Xahiş edirəm bizi boşayın" deyib.

 

Milli.Az 


OXŞAR XƏBƏRLƏR