"Ərin cəhənnəmə, oğul böyüdürsən, heç olmasa onu düşün" - Xatirədən bu ŞƏRHƏ CAVAB GƏLDİ

Antalyada istirahət edən müğənni Xatirə İslam əməlli-başlı əsəbiləşib.

BiG.AZ xəbər verir ki, buna səbəb isə ifaçının istirahətdən paylaşdığı şortikli fotosuna izləyicilərin təhqiredici sözlər yazması olub.

İzləyiciləri müğənninin fotosuna "Biabırçılıq, evləndi, dedik ki, düzələr", "Buna əri nə deyire, yarıçılpaq başqa kişinin yanında oturub", "Bu lütdür ki", "Nifrət edirəm xalqı alçaldandan sonra buna", "Yanındakı qardaşından utan, oğul böyüdürsən", "Ərin cəhənnəmə, oğul böyüdürsən, heç olmasa onu düşün", "Ramazan ayında belə geyinməzlər" , "Ayaqlarını arıqlat, nə gündədir, piylərin çölə tökülüb" kimi şərhlər yazıblar.

Bu fikirləri oxuyub, qəzəblənən X. İslam təhqir yazan izləyicilərini şərəfsiz adlandırıb: 

"Şəkil paylaşdıq, üzr istəyirəm, bəzi şərəfsizlər, ailəsinə, özünə hörət etməyənlər, gic-gic, təhqiredici sözlər yazdı. Siz onsuz da şərəfsizsiniz. Sizə baş qoşmaq olmaz. Kim necə geyinir, özü bilər. Kimin xoşu gəlmirsə səhifəmdən çıxsın, məcbur saxlamamışam. Xoş sözlər yazanlara təşəkkür edirəm".

Qeyd edək ki, müğənninin yanında olan oğlan qardaşıdır.

OXŞAR XƏBƏRLƏR

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...

Castin Bieberin dostu güllələnib

Castin Biber və Kellinin yaxın dostu olan amerikalı reper Kris Kinq Tennessi ştatının Neşvill şəhərində öldürülüb. Reperin oğurluğa cəhd zamanı soyğunçular tərə...