Teleaparıcı və aktrisa Aysel Nazimin “Qafqazinfo”ya müsahibəsi: - Tamaşaçı sizi “ATV”də idman xəbərlərinin aparıcısı kimi tanıyıb. Bir müddətdir ki, televiziyadan uzaqsız. Efirə yenidən aparıcı kimi qayıdacaqsız ? - Moda ilə bağlı bir neçə layihəm var, təkliflər çoxdur. Amma özümə yaraşan veriliş ilə efirə qayıtmaq istəyirəm. Aylardır ki, moda ilə bağlı proqramlar izləyirəm, jurnallar oxuyuram ki, işimi daha yaxşı çatdırım. Mənim layihəm digərlərinə bənzəməyəcək, fərqli olacaq.- İdman xəbərlərindən moda verilişinə keçid edirsiz. Xəbərlər daha ciddi, moda əyləncəli verilişdir. Bu keçid çətinlik yaratmayacaq?- İdmanla məşğul olmuşam, moda ilə maraqlanıram. Hər ikisi maraq dairəmdədir. 3 bölümdən ibarət “Ədəbaz” adlı moda ilə bağlı video-çarxları çəkdik, “Youtube” kanalında yayımlandı. Maraqlı alınmışdı, xanımlara doğru geyinməklə bağlı ipucu verirdik. Düşünürəm ki, bu işi də uğurla yerinə yetirəcəm.- Moda demişkən Azərbaycan xanımlarının geyimlərində nələri bəyənmirsiniz?- Bəzi qızlar var ki, boyları balacadır və geyindikləri şalvarı boylarına görə seçirlər. Çəkilərinə uyğun geyinmirlər, o zaman ayaqları kolbasa kimi görünür. Moda insana yaraşandır. Xanımlara məsləhət görərdim ki, kilolarını qorusunlar, hər yerə maşınla getməsinlər. Ayaqla gəzməyə üstünlük versinlər, axşamlar ağır yeməklər yeməsinlər.- Tez-tez aparıcılar nitq qüsurlarına və açıq-saçıq geyimlərinə görə tənqid olunur. Bu haqda nə düşünürsüz?- Hər verilişin öz geyimi var. Mən “ATV”yə yenilik gətirdim. Xəbərlər verilişində aparıcılar standart geyinirdi, saat, aksessuar taxılmırdı. Məndən sonra digər aparıcılar da aksesuar taxmağa başladılar. Aparıcı gərək efirə çıxanda insanların zövqünü oxşasın, aşırı açıq-saçıqlığa üstünlük verməsin.Nitq qüsurlarına gəldikdə isə, həmkarımın tənqid olunmaları normaldır. Çünki çoxları ləhcə ilə danışır, loru, vulqar sözlər istifadə edir. Bunu isə yeni stil olaraq təqdim edirlər. Aparıcı ədəbi dildə danışmalıdır, danışığı ilə tamaşaçını, dinləyicini yormamalıdır.- “ATV”dən ayrılma səbəbiniz nədir?- Böyük bir səbəb yoxdur. Artıq idman sahəsində olmaq istəmirdim. Kanalla aramızda heçç bir problem yaşanmayıb. Mən idman jurnalisti deyiləm. “ATV”dən idman xəbərlərini aparmaq təklif olundu özümü aparıcı kimi sınadım. Amma sona qədər idmanda qalmağı düşünmürdüm. Ona görə kanaldan ayrıldım. Yeni layihəm ilə yeni kanalda efirə qayıdacam.- Təqdim etdiyiniz hər idman növü haqda məlumatınız vardı, yoxsa sadəcə xəbərləri əzbərləyib oxuyurdunuz?- Futbolu daim izləmişəm, amma geniş məlumatım yox idi. Sağ olsun ki, həmkarlarım İlkin, Sənan mənə öyrədirdi, məlumatlandırırdı. İdman proqramlarını izləyirdim, idmanla bağlı biliklərimi genişləndirirdim, oyunları canlı izləyirdim, mətbuat konfranslarına qatılırdım. Kukla kimi efirə çıxıb kağızdan oxumurdum. Məsuliyyətli insanam, gördüyüm işi yüksək keyfiyyətdə insanlara çatdırmağa çalışıram.- Azərbaycanda qadın idman şərhçisi yoxdur. Nə zamansa, özünüzü şərhçi kimi sınamaq fikriniz yoxdur?- Xarici ölkələrdə gözəl, cazibədar xanım idman şərhçiləri çoxdur. Artıq trend olub, gözəl xanımlar idman şərhçisi olur. Amma heç vaxt şərhçi olmağı düşünməmişəm. Maraqlıə təklif olsa, dəyərləndirərəm.- Özünüzü aktrisa kimi sınamağa başlamısız. Yeni serial çəkilişləri necə gedir?- İki serial, bir filmdə çəkilirəm. Bunlardan biri "Bacanaqlar"dır, təklif Elməddindən gəldi. Serialda baş rollardan birini, Talehin, yəni Elməddinin ikinci həyat yoldaşı rolunu oynayacağam. Digər serial “Sənin deyil”dir, ailə-məişət məsələlərindən bəhs edir. Orada Nərgiz obrazıdır. Nərgiz uşaq həsrəti ilə yanıb tutuşan, lakin hər dəfə uşağı tələf olan qadındır. Sonuncu dəfə uşağı doğularkən ölür, əri o qədər sevirki, qadını başqa uşağı pulla alıb öz övladı kimi təqdim edir. Sentyabrda yayımlanacaq. Rol aldığım filmdə isə mənfi qadın obrazını canlandırıam, payızda yayımlanacaq. Mənfi obrazı oynamaq arzum olub. Bu obraz üçün imicimi dəyişmək istəyirəm.- Həmkarlarınızın hansı xüsusiyyətini bəyənmirsiniz?- Bəzi həmkarlarlarımın səmimiyyətsizliyini sevmirəm. Bəziləri izləyicilərinə yuxarıdan aşağı baxır. Saxta insanları sevmirəm. Təəssüf ki, belə insanlar ətrafımızda çoxdur.- Teleaparıcıların çoxu çalışır ki, verilişlərində saçyoldu olsun, söyüş söyülsün və reytinq qazansınlar. Bu addıma necə baxırsınız?- Bu kimi hallara münasibətim çox pisdir. Efir mədəniyyəti olmayan aparıcılar təəssüf ki, var. Efir bazar olmamalıdır. Efirdə məlumatlandırıcı verilişlərtəqdim edilməlidir, insanların zövqünü oxşamaq lazımdır. Mən ana olaraq uşağımın məlumat alacağı verilişlərlə qarşılaşmasını, onları izləməsini istəyirəm.- Azərbaycanda əcnəbi vətəndaşla ailə quran xanımlar hələ də bir mənalı qarşılanmır. Siz də Türkiyə vətəndaşı ilə ailə qurmusuz.- Mənə tez-tez deyirlər ki, Azərbaycanda oğlan tapmadın, Türkiyə vətəndaşı ilə ailə qurdun? İnsanların milliyyəti önəmli deyil. Əsas anlayış və sevgidir. Elə insanlar var ki, uşaqlıqdan birlikdə böyüyürlər, ya iki dost olurlar, amma ailə qurduqdan sonra yola getmirlər. Əsas odur ki, eyni düşünəsən, eyni nöqtəyə baxasan. Fikir ayrılığı konfliktə, ayrılığa gətirib çıxardır.- Tanışlığınız necə olub?- Həyat yoldaşımla qədimi üsulla tanış olmuşuq, məni rəfiqəmin toy kasetində görüb. Neçə qız göstəriblər bəyənməyib. Yoldaşımın xalası oğlu ilə rəfiqəm ailə qurub. Toy kasetinə baxanda deyib bu qızla evlənərəm. Mənim nömrəmi tapdı, əlaqə saxladı, tanış olub ailə qurduq.- Həyat yoldaşınız sizə qadağalar qoyurmu?- Həyat yoldaşımın qadağa qoymaq, qısqanmaq kimi xüsusiyyəti yoxdur. Fransada yaşayıb, modern insandır. Qayınanam başıbağlıdır, hacı ailəsidir. Buna baxmayaraq həyat yoldaşım mənim işlərimə qarışmır. Hər hərəkətimin, geyimimin yerini bilirəm. Bu günə kimə nə atama, nə həyat yoldaşıma artıq söz dedirtməmişəm.- 21 yaşında ailə qurmusuz. Tez ərə getdiyiniz üçün peşman olmamısız?- İndi mənim 29, oğlumun 6 yaşı var. Ailə qurub karyera arxası ilə getdim. Belə yaxşıdır. Bir müddət sonra baxacam ki, oğlum özüm boydadır. Qızlar karyera dalınca gedir, sonra görürlər ki, ailə qurmaq, uşaq dünyaya gətirmək yaşları keçib. Mənim variantım daha yaxşıdır. Həm oxudum, həm işlədim 10 illik pedaqoji fəaliyyətim var. Birinci kursda oxuyandan dərs deyirəm.- Bir az da oğlunuz Candan danışaq.- Can çox istedadlı uşaqdır, şəkillər çəkir, güzgüyə baxıb veriliş aparır, şahmat oynayır, musiqiyə marağı var. Mən də müəllim tutaraq onu yönləndirirəm. PAYLAŞ OXŞAR XƏBƏRLƏR “Sumqayıt” - “Qarabağ” oyununa iki mindən çox bilet satıldı Azərbaycan Premyer Liqasının XXXII turunda keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyununa indiyədək 2100-dən çox bilet satılıb. ... İdman 18:29 Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ Bakıda restoranda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb. Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. &nb... Hadisə 18:21 Sabah bu rayonlarda QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ! Sabah Ucar, Zərdab, Beyləqan və Göyçay rayonlarının qaz təchizatında müvəqqəti yaranacaq. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft... Cəmiyyət 18:10 "Adidas" tenderi QAZANDI - Bu klubla əməkdaşlıq edəcək "Adidas" 2025/2026 mövsümündən etibarən "Liverpul"un yeni təchizatçısı olacaq. Sfera.az bildirir ki, alman şirkəti tender... İdman 18:05 Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs... Dünya 18:00 Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş... İqtisadiyyat 17:55 SON XƏBƏRLƏR 18:29 “Sumqayıt” - “Qarabağ” oyununa iki mindən çox bilet satıldı 18:21 Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 18:10 Sabah bu rayonlarda QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ! 18:05 "Adidas" tenderi QAZANDI - Bu klubla əməkdaşlıq edəcək 18:00 Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı 17:55 Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ 17:55 Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər 17:52 Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum İMZALANDI 17:50 Blinkenin Çin səfərindən GÖZLƏNTİLƏR: XİN başçısı ilə nələr müzakirə ediləcək? 17:47 Misir sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışladı 17:40 Devid Kemeron qazaxıstanlı həmkarı ilə GÖRÜŞDÜ 17:32 "Çelsi" üçün ikinci BİABIRÇILIQ - Ən böyük məğlubiyyət 17:32 Türkiyənin ilk astronavtı Azərbaycana GƏLƏCƏK 17:25 “İstəyirəm ki, həyat yoldaşım mənə görə utanmasın” - Aysun İsmayılova + VİDEO 17:20 Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi BAŞLANDI 17:13 Ombudsman Ermənistanın Azərbaycana qarşı mina terroru haqqında Böyük Britaniya səfirini MƏLUMATLANDIRDI 17:07 Bayden qanunu imzalayacaq, lakin "TikTok" ABŞ-də qadağan olunmaya bilər - SƏBƏB 17:00 "Yuventus" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU 16:56 Bakıda məşhur restoran BAĞLANDI - RƏSMİ 16:53 "Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov 16:45 Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 16:40 "Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA 16:32 Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK 16:27 ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək? 16:20 "Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ 16:12 Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB 16:01 "Atletik"in oyunçusu klubu TƏRK EDİR - 15 ildən sonra... 15:52 “Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA Bütün xəbərlər