\"Ərim gözüm görə-görə əxlaqsız qadını yatağıma saldı\" - Gənc qadından DƏHŞƏTDOLU ETİRAF

\
Bəzən insan yaşadıqlarını yada saldıqca bəzilərinə peşmançılıq hissi keçirər, bəzilərinə isə gecikdiyini dərk edər. 

Qadınlar müxtəlif olduğu kimi, onların taleləri də müxtəlifdir. Eləcə də hər bir qadının taleyi onun ömür kitabıdır və həyatı acılı-şirinli xatirələrlə dolu olur. Onların əksəriyyəti isə zorakılığa məruz qalanlardır. 

Beləcə, bu dəfə də "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinə getməyə qərar verdik. Axşam tərəfi olsa da, hava hələ də isti idi. Sığınacaqda ab-hava tam başqa cür idi, hər şey dəyişmişdi. Orada olan hər kəsin başı bir işə qarışmışdı. Böyükdən-kiçiyə hamı sığınacağın kiçik həyətinə yığışmışdı. Öncə sığınacağın əməkdaşları ilə həmsöhbət olduq və bir neçə yeniliklərlə bağlı maraqlandıq. Daha sonra orada olan bir qadın özü bizə yaxınlaşaraq, danışmaq istədiyini söylədi. Söhbətimi yekunlaşdırıb, onunla razılaşdım və sakit bir otağa çəkildik.

Sfera.az 30 yaşlı Xəyalənin həyat hekayəsini oxuculara təqdim edir:

Xəyalə (ad şərtidir-red.) zahirən mülayim qadına oxşayırdı, ancaq söhbət əsnasında yaşadıqlarını danışdıqca çox emosional görünürdü...
 

- Xəyalə, necə olub bura gəlmisən?
- Mən bakılıyam, ailədə iki qardaş, dörd bacıyıq. Atamı uşaq ikən itirmişəm. Anam isə məni və balaca qardaşımı o vaxt internata qoymuşdu. Biz böyüyəndən sonra anamızın yanına gəldik. Mən artıq böyük qız idim deyə işləməyə qərar verdim. İşlədiyim müddət ərzində arxamca çox oğlanlar gəlib gedirdi. Mənsə heç birisinə fikir vermirdim. Çünki atasız qalmışdıq, qayğılarımız çox idi. Fikrim işləyib anama dəstək olmaq idi. Nəsə bir dəfə evdə idim, qohumumuzgilə getməli idik. Öncə zəng elədim deyim ki, bəs sizə gələcəyik. Bu zaman elə oldu ki, nömrəni səhv yığdım, başqa adama düşdüm. Həmin səhv düşdüyüm adamın telefonu nömrə yazan imiş. Sonra həmin nömrədən bizə zəng gəldiyini gördüm və zəngə cavab verdim. Səsindən cavan adam olduğunu hiss etdim. Mənə dedi ki, "səsindən xoşum gəlib, gəl tanış olaq". Əvvəlcə ona fikir verməyib dəstəyi asdım. Ancaq həmin şəxs əl çəkmədi. Və mən onunla bir ay yalnız telefonda danışdım. Bir aydan sonra görüşməyə qərar verdik. Görüşəndə də o məndən əlçəkməyəcəyini və fikrinin ciddi olduğunu bildirdi. İkinci dəfə görüşdük, ikinci görüşdə dedi ki, mən atasız, anasız oğlanam. Heç kimim yoxdur, bir evim var, o da Naxçıvandadı. Özüm sizə elçi gəlib səni anandan istəyəcəm. Və dediyi kimi də etdi özü bizə elçi gəldi, anamdan məni istədi. Uzun sözün qısası nişanlandıq. Bir müddət nişanlı qaldıqdan sonra o imkansız olduğunu və toy edə bilməyəcəyini dedi. Mənə də qoşulub qaçmağı təklif etdi. Mən də razılaşdım. 

- Sonra nə baş verdi?
- Anamgil qaçdığıma görə məni danışdırmadılar. Maarif də Binəqədidə kirayə ev tutmuşdu orda qalırdıq. Birinci oğluma hamilə qaldım. Doğmağıma bir ay qalmış işləmək bəhanəsi ilə məni kirayədə tək başına qoyub getdi. Evdə bir qəpik pul da saxlamadı. Çörəyi dükandan nisyə alırdım. Axırı bezdim və anama zəng edib vəziyyəti dedim. Anam gəlib məni apardı. Getdim uşağı dünyaya gətirdim. Mən evə qayıdandan sonra mənimlə internatda olan qardaşım özünü asdı. On beş yaşı var idi, o məni çox istəyirdi. Mənim atılmış, kimsəsiz qadın olduğumu qəbul edə bilmədi.

Sözünü bitirməmiş qəhərlənir və hönkürtü ilə ağlamağa başlayır. Sakitləşdikdən sonra özü davam edir...

- Qardaşımın ölümü hələ də mənə təsir edir. Çünki altı uşağın içində ən çox biz əziyyət çəkmişik və ən çox da bizim başımız dərdlər çəkib. İkimizin də başı çox bəlalı oldu (kövrəlir). Bir sözlə atamın evinə qayıdandan sonra uduzduğumu və aldandığımı bildim. Hamı da məni qınadı. Ərimdən də bir müddət xəbər çıxmadı. Oğluma atamın adını qoydum. Uşağın bir yaşı olanda qayıdıb gəldi, uzun söz-söhbətdən sonra qəbul etdim. Yenə kirayə evə çıxdıq, uşağın iki yaşına qədər bir yerdə yaşadıq və qəfildən yoldaşım yenə bizi qoyub getdi. Mən yenə suyum süzülə-süzülə yığışıb anamgilə gəldim. Böyük qardaşım da dedi ki, "bu dəfə də səni bağışlayırıq. Təkrar olsa sən yoxsan bizim üçün". O vaxt da bir dənə xalası qızı ilə tanış etmişdi məni. Onlara zəng etdim bundan xəbər bilim və bir dəfəlik ümidimi üzüm.  Xalası qızı mənə dedi ki, "mən o vaxt sənə heç nə deyə bilmədim. Ancaq Maarif evlidir, ailəsi də Naxçıvandadır. Atası, anası da sağdır. O səni aldadıb". Bu sözləri eşidib elə bildim ki, başımdan qaynar su tökdülər. Dəstəyi asıb özümü çox pis hiss etdim, neçə gün özümə gələ bilmədim, elə bildim yerin altındayam. Anama danışdım, anam da" ağlını başına top elə, bir də o adamı bağışlama", dedi. 
 
 

- Bəs, sən nə etdin?
- Anamla razılaşdıq və qərara gəldik ki, o uşağa baxsın, mən də işləyim. Elə də etdik. Həm uşağıma baxdım, həm də anama. Oğlum 2 yaş 6 aylıq olanda ikinci yoldaşımla tanış oldum. Onlar da məhləmizə təzə köçmüşdülər.  Subay oğlan idi. Hər gün dalımca düşüb işə gəlib məni izləyirdi. Hətta nömrəsini də vermişdi mənə. Bir dəfə də arxamca gələndə dedim ki, "məndən əl çək, mən boşanmış gəlin, sən subay oğlan. Adıma söz çıxar, mən sənin tayın deyiləm. Övladım var, onu saxlayıram". O isə "səndən ölsəm də əl çəkmərəm, övladını da qəbul edirəm. Fikrim ciddidir", dedi. Mən ancaq onu ciddi qəbul etmədim. Bu söhbəti evdə anama dedim. Anam da razılaşmadı və inanma dedi. Nəsə oğlan anasıgilə mənim qız olduğumu deyər və bizə elçi göndərdi, anam isə bunları qapıdan qovdu. Sonra mən ikinci dəfə də aldanıb Nicatla (ikinci həyat yoldaşı- red.) qaçdım. Anam da etməyib tənbəllik bizi polisə verdi. O bizi polisə verəndə oğlanın ailəsi mənim gəlin olduğumu bildi və bizdən imtina etdilər. Mənsə uşağımı anama verdim. Nicatla kirayə evə köçdük. Ömrümün doqquz ilini onunla çox xoş keçirdim. Məni əlinin içində saxlayırdı, güldən ağır söz demirdi. Ondan iki oğlum dünyaya gəldi. Ancaq son iki ili  həyatımı zəhərə çevirdi.

- Nə etdi?
- Soruşun ki, nələr etmədi ki...

Doluxsunur və oğlunun üzünə baxıb ağlamağa başlayır. Və davam edir...

- On bir il onunla bir yerdə yaşadım. Son iki il ərzində onun başıma açmadığı oyunlar qalmadı. Elə bil həmin Nicat deyildi, tamamilə dəyişmişdi. Gedirdi anasıgilə, onlar öyrədib üstümə göndərirdilər, başlayırdı məni pis-pis söyməyə. Küçə qadınına deyilən sözlər deyirdi, alçaldırdı, əxlaqsız hərəkətlər edirdi. Yataqda mənə əxlaqsız təkliflər edirdi, mən də qorxumdan məcbur qalıb onun dediklərinə razılaşırdım. Evin içində məni saçımdan tutub döşəmə üstə sürüyürdü. Taxta ilə o qədər döyürdü ki, baldırlarım şişib nə boyda olmuşdu. Döyəndə elə döyürdü ki, elə bil mal balası tapdalayır. Vəhşi kimi davranırdı. Həm də elə pozulmuşdu ki, bütün günü əxlaqsız qadınlarla danışırdı telefonda. Məndən acıq çıxırdı, elə bil özü arxamca sürünüb sevib almamışdı (doluxsunur). (Hikkə ilə) Anası, bir də pozğun qadınlar onu öyrədib mənə əzab verdirirdilər. Hətta bir dəfə danışdığı əxlaqsızı söydüyüm üçün buduma bıçaq soxmuşdu. Ehhh... hələ bu harasıdı. Qayınatam deyirdi ki, döyəndə elə döy izi qalmasın. Atasının balasıdı da. Necə qayınatam qayınanamın başını yeyib öldürdü. İkinci dəfə evləndi. Bu da dədəsinə oxşayıb da. Əşi düzünü desəm, bunlar ailəlikcə pozğundu. Bir baldızım var, neçə kişiyə ərə gedib, hərəsindən də ya bir, ya iki uşağı var.

- Təsəvvür edin ki, danışmağı cəhənnəm, bir dəfə gəzdiyi bir qadını gətirib evə onun yanında məni döyməyə, təhqir etməyə başladı. Uşaqlarım da bu məni döydükcə elə ağlayırdılar ki, çox qorxurdular. Məni həmin gün o qədər döymüşdü ki, boğazımdan bir qurtum su da keçmirdi, elə bilmişdim ki, ölmüşəm. Nicat məni döyəndən sonra hələ ağlım başımda idi, sonra pis oldum. O, gözüm görə-görə evə gətirdiyi əxlaqsız qadını yatağıma salıb məni alçaltdı. Və mən ona həmin gün tüpürdüm. Səhəri də güc toplayıb balalarımı da götürüb bura gəldim. Ölsəm də ona qayıtmaram. Canı çıxsın balalarıma alement versin, başqa heç nə istəmirəm.
 


- Anangil nə deyir?
- Onlar Maarif də etdiyim səhvlərə görə məni bağışlamışdılar. Böyük qardaşım birinci dəfə qəbul etmişdi. Nicatla qoşulub qaçandan sonra isə demişdi ki, "mənim ətrafıma fırlanmasın. Yoxsa onu da öldürərəm, özümü də". Balaca qardaşım özünü mənə görə öldürmüşdü deyə qorxdum bu da edər. Və getmədim. Qardaşım toy etdi, məni çağırmadı. Bacılarım da məni danışdırmır. Anam rəhmətə getdi mənə demədilər, yasa da buraxmadılar (kövrəlir).

- Anan rəhmətə gedib. Bəs, Maarifdən olan oğluna kim baxır?
- Onun 13 yaşı var. İndi internatda qalır. Məni də qəbul etmir. Mənə məktub göndərib ki, "mənim sənin kimi anam yoxdu. Mənim yanıma gəlsən özümü öldürəcəm". Məndə getmirəm. Ancaq onu elə görmək, elə sarılmaq, elə qoxusunu içimə çəkmək istəyirəm ki.

Susur, yalnız gözündən gilə-gilə süzülən yaşlar danışır. Sükutu pozub növbəti suala keçid edirəm...

- Maarif necə, oğlu ilə heç maraqlanmayır?
- (Hirslə) Yox! O vaxt anam Maarifə görə televiziyalarda yayımlanan verilişlərin birinə çıxmışdı. Maarif hamı eşidə-eşidə "mənim elə oğlum yoxdu", demişdi.

- Bura gələndən sonra Nicatla əlaqə saxlamısan?
- Hə, bayaq da danışdım. Uşaqlara pul istədim. Deyir, yol uzaqdı, gələ bilmərəm. Mənim onlara veriləcək pulum yoxdu. Bir səhv idi elədim. Get, həyatını yaşa. Cavan olmuşam, bilməmişəm. Daha mənə lazım deyilsən. Heç kimdən incimirəm, özüm öz taleyimə acıyıram. Hər bir insanın səhvi var, ancaq gərək, bu səhvləri ikinci dəfə təkrar etməsin. Artıq üç balamla yenidən sıfırdan başlamaq istəyirəm. Böyük oğlum məni qəbul etsə, arxamda bir dağın dayandığını bilərəm (doluxsunur).

Söhbət zamanı sığınacağa bir qadınla balaca qızın gəldiyini gördüm. Sığınacağın əməkdaşı biz söhbət etdiyimiz otaqda ona yer ayırdı. Mənsə söhbəti yekunlaşdırıb, sığınacaqdan ayrıldım.

Gülnarə Eynullaqızı
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır".  &nb...

Bu ölkədə helikopterlər TOQQUŞDU - Ölənlər var

Malayziya Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi helikopterin havada toqquşması nəticəsində 10 nəfər həyatını itirib.   Sfera.az xəbər verir ki, bu b...

"Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün nə qədərdir" - Deputatdan HƏYƏCAN TƏBİLİ

“Tibbi nöqteyi-nəzərdən qanun layihəsi vacibdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruz...

Bu bitki xərçəngin müalicəsində FAYDALIDIR - Həkimdən AÇIQLAMA

Əsrlər boyu xalq təbabətində istifadə edilən zəncirotu bitkisi 25 xəstəliyi müalicə edir.   Sfera.az xəbər verir ki, bu bitkinin yarpaqları, kökü və...

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

“Bir növ siqaretçəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaretçəkmə formasıdır. Bunla...