Əri tərəfindən öldürülən qadın müəllimə imiş - Polisə xəbəri 8 yaşlı oğlu verib

Əri tərəfindən öldürülən qadın müəllimə imiş - Polisə xəbəri 8 yaşlı oğlu verib
Dünən Xətai rayonunda kürəkəni tərəfindən qətlə yetirilən ana və qızının meyitləri bu gün morqdan ailələrinə təhvil verilib. 

Sfera.az "Qafqazinfo”ya istinadən bildirir ki, hazırda öldürülən Mahirə İsgəndərova və Günay İsgəndərovanın meyitləri dəfn olunmaq üçün ata evindən götürülür. Onları öldürən və hadisədən sonra qaçan kürəkən Ramin İsgəndərov  Ağdama-öz ata-anasının yanına gedib, polisə də Ağdamda təslim olub.

Məlum olub ki, sözügedən həyət evini Günay İsgəndərovun atası Hüseyn İsgəndərov tikib. Ailənin maddi problemlərinin həlli üçün onlara hədiyyə edib. Dünən qız və anası həmin evin yanındakı  qaraja gedərək yundan yorğan salmaq istəyiblər. Bunu bilən Ramin İsmayılov da həmin yerə gəlib və orada münaqişə zəminində qətl baş verib. Qeyd edilir ki, Ramin ayrılıqdan sonra məhz həmin qarajda yaşayırmış.

G. İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu da var, hadisə onun gözləri qarşısında olub, bu barədə polisə də məhz uşaq xəbər verib.

Bir il ayrı qalandan sonra barışan cütlük, təzəlikcə yenidən ayrılıbmışlar. M. İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən N. İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb. 

Bildirilir ki, Günayın bir qardaşı Qarabağda şəhid olub.

Günay İsgəndərovun atası H. İsgəndərov öncə Mahirə İsgəndərovanın bacısı ilə evli olub, bu evlilikdən bir qızı və bir oğlu olub. Daha sonra həmin qadın vəfat edib və H. İsgəndərov onun bacısı Mahirə ilə evlənib. Bu evlilikdən də Günay dünyaya gəlibmiş.


OXŞAR XƏBƏRLƏR

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...