İdman

Ərəblər hollandiyalı baş məşqçiyə tapşırıldı

Ərəblər hollandiyalı baş məşqçiyə tapşırıldı
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisinin yeni baş məşqçisi müəyyənləşib. Komandanı bundan sonra Bert van Marveyk çalışdıracaq.

Hollandiyalı mütəxəssis bu postda italiyalı Alberto Zakkeronini əvəzləyib. Marveyk sonuncu dəfə ötən il dünya çempionatında Avstaliya millisinə rəhbərlik edib. Ondan əvvəl isə 67 yaşlı çalışdırıcı 2 il Səudiyyə Ərəbistanı yığmasında işləyib.

Qeyd edək ki, Bert van Marveyk məşqçilik karyerası ərzində "Fortuna", "Feyenoord", "Borussiya" (Dortmund), "Hamburq" klublarına və Hollandiya yığmasına başçılıq edib.

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829